İran daxildən çat verir


Digərləri 08 İyn 2023 11:12:00 224 0

İran daxildən çat verir

İranda daxili siyasi gərginlik yaşanır. Yenə də gərginliyin mənbəyi molla rejimində təmsil olunmuş keçmiş rəhbər şəxslərdir. Ölkənin əbədi problemi kimi göstərilən "islahatçı-mötədillər" gərginliyi belə getsə rejimin sonunu yaxınlaşdıracaq. Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın siyasi mətbəxi ilə bağlı silsilə açıqlamalar verməklə gündəmi dəyişib. İslahatçılar düşərgəsinə mənsub olan təqaüdçü diplomat açıq şəkildə bildirib ki, Tehranın son illərdə üzləşdiyi bir çox problemə görə hakim elitanın məsuliyyəti var. Zərifin çıxışı keçmiş rəhbəri, eks-prezident Həsən Ruhaninin siyasətə qayıdışı ilə bağlı şayiələrlə səsləşir. Ekspertlər etiraf edirlər ki, daxili böhran və xarici təzyiqlər hakimiyyətin şərti liberalların səslərinə ehtiyacını artırır.

Bu xəbəri də oxu: Xarkov vuruldu

Zərif idarəçiliyi və diplomatik yanaşmaları şübhə altına alıb

Zərifin son çıxışlarından birinin platforması səsli sosial şəbəkə - "Clubhouse" olub. Təxminən 40 min dinləyicinin qatıldığı beş saatlıq söhbətdə keçmiş nazir Tehranın bir çox idarəçilik və diplomatik yanaşmalarını şübhə altına alıb. Belə ki, o bildirib ki, İran rəhbərliyi ABŞ-ın "iqtisadi və hərbi gücünə qarşı çıxmaq" iqtidarında olmadığından xəbərdar olmalıdır. Zərif İslam Respublikası üçün yeganə təsirli müqavimət taktikası kimi Avropa ölkələrinə siyasi təzyiqi göstərib. Onun qənaətincə, Avropa "nüvə sazişi" üzrə danışıqlarda kifayət qədər zəif davranıb. Səbəb kimi də Amerikanın iqtisadi təzyiqinə məruz qaldıqlarını göstərib.

Qərbpərəstlər aktivləşir

Zərif ötən həftə müxtəlif sosial platformalardan istifadə edərək açıqlamalarını paylaşmağa başlayıb. Bu, bir tərəfdən keçmiş xarici işlər nazirini ənənəvi olaraq qərbyönlü və həddən artıq yumşaq hesab edən mühafizəkar düşərgənin tənqid dalğasına səbəb olub, digər tərəfdən isə tənqidin arxasında hakimiyyətin siyasətinin olması qənaətini yaradıb. Məsələn, "Amwaj media" nəşri 2024-cü ilə planlaşdırılan yerli parlament seçkiləri ilə əlaqədar olaraq, ali dini lider Əli Xamneyinin müəyyən planının olduğu qənaətindədir. Dini lider "siyasi sistemi yenidən balanslaşdırmaq üçün güclü daxili stimullara sahib olduğunu" təklif edir. Hesab edilir ki, bu, islahatçı fraksiyaya mənsub şəxslərin qanunverici orqana namizədliyinə icazə veriləcəyi ilə bağlı şayiələri gücləndirir.

Tehran Vaşinqtonla məxfi danışıqlar aparır?

Zərif ətrafında mövcud vəziyyətin mühüm fonunda müşahidəçilər Vaşinqton arasında dolayı yolla aparılan məxfi danışıqlara dair hesabatları nəzərdən keçirirlər. Söhbət Tehranın Amerika vətəndaşlığı olan məhbusların azad edilməsi və Cənubi Koreyada İslam Respublikasına məxsus 7 milyard dollar məbləğində aktivlərinin açılmasının nəzərdən keçirilməsindən gedir.  Rusiya Xarici Əlaqələr Şurasının eksperti Nikita Smaqin mediaya müsahibəsində təsdiq edib ki, İran daxili siyasi böhran vəziyyətindədir: "İran elitasının əksəriyyəti bunu başa düşür. Vəziyyət ötən il etirazların başlaması ilə bağlıdır ki, onlar intensivliyi səngitsə də, ümumilikdə dayanmayıb. Eyni zamanda, İran xarici siyasət arenasında ciddi problemlərlə üzləşir. Bunların necə həll olunacağı bəlli deyil". Bununla belə, əsas narahatlıq mənbəyi iqtisadi göstəricilərdir. Elitanın əhəmiyyətli hissəsinin fikrincə, bunu ancaq xaricdən investisiya axını ilə həll etmək olar. "Bunun fonunda da islahatçı siyasətçilər önə çıxır", - Smagin qeyd edib.

Onu da qeyd edək ki, Zəriflə yanaşı, keçmiş prezident Ruhani son vaxtlar aktivlik nümayiş etdirməyə başlayıb. Bundan əvvəl isə hakimiyyətin etirazlar zamanı islahatçı düşərgənin nümayəndələri ilə görüşlər keçirdiyi dialoq imkanı tapması ilə bağlı məlumatlar yayılıb. Ümumiyyətlə, hər şey elə görünür ki, mühafizəkar elita böhranı həll etmək üçün heç olmasa əvvəllər istifadə olunan üsullarla - başqa düşərgədən olanları özünə cəlb etməklə potensial həll variantı tapmağa çalışır. Bunu da daxili siyasi vəziyyət diktə edir. Lakin liberalların mühafizəkar düşərgəyə cəlb etmək planı baş tutacaqmı? Bu sual açıq qalır.

Azər Nuriyev Son.az

Baxçalının klassik avtomobili ilə Ankaranı gəzdiyi anlar like
  • 08 İyn 11:09  
Dünya Baxçalının klassik avtomobili ilə Ankaranı gəzdiyi anlar

Klassik avtomobillərə olan marağı ilə tanınan Türkiyənin Milliyyətçi H

arrow Ətraflı
İrana müalicəyə gedənlərə XƏBƏRDARLIQ: like
  • 08 İyn 11:04  
Digərləri İrana müalicəyə gedənlərə XƏBƏRDARLIQ:

İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi x

arrow Ətraflı
Yol polisi avtobuslara qarşı reydlərə başladı: like
  • 08 İyn 11:00  
Digərləri Yol polisi avtobuslara qarşı reydlərə başladı:

Yol polisi nasaz, həmçinin texniki baxışa təqdim edilməyən avtobus sürü

arrow Ətraflı
Yeni dəyişikliklər başqa bankların da bağlanmasına səbəb olacaq? like
  • 08 İyn 10:56  
Digərləri Yeni dəyişikliklər başqa bankların da bağlanmasına səbəb olacaq?

Bank qanunvericiliyi il bağlı gözlənilən dəyişikliklər ölkədə ilk nö

arrow Ətraflı
Hakan Fidan və Blinken AzərbaycanErmənistan normallaşma prosesini müzakirə ediblər like
  • 08 İyn 10:54  
Siyasət Hakan Fidan və Blinken AzərbaycanErmənistan normallaşma prosesini müzakirə ediblər

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Ent

arrow Ətraflı
Sosial şəbəkələrdə bankların adından saxta reklamlar paylaşılır like
  • 08 İyn 10:52  
Digərləri Sosial şəbəkələrdə bankların adından saxta reklamlar paylaşılır

Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən banklar adından sosi

arrow Ətraflı
AB Tiflisə vaxt qoydu: like
  • 08 İyn 10:49  
Digərləri AB Tiflisə vaxt qoydu:

Gürcüstan ilin sonunda Avropa Birliyinə (AB) namizəd ölkə statusunu əldə

arrow Ətraflı
Ölümlə HƏDƏLƏDİLƏR like
  • 08 İyn 10:38  
Şou-biznes Ölümlə HƏDƏLƏDİLƏR

Bir neçə gün öncə "Twitter" sosial şəbəkəsində bir neçə xa

arrow Ətraflı
Sakinlərdən sayğaclara görə pul istəyən MTKlara like
  • 08 İyn 10:30  
Digərləri Sakinlərdən sayğaclara görə pul istəyən MTKlara

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət D

arrow Ətraflı
Bakıda avtobusdan enən şagirdi maşın belə vurdu like
  • 08 İyn 10:27  
Digərləri Bakıda avtobusdan enən şagirdi maşın belə vurdu

Bakıda avtobusdan enən şagirdi avtomobil vurub.

arrow Ətraflı
Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçilərlə görüşə icazə verilmir like
  • 08 İyn 10:16  
Siyasət Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçilərlə görüşə icazə verilmir

"Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir".

arrow Ətraflı
Talıbovların bankının yeni sahibləri onlardır like
  • 08 İyn 10:09  
Digərləri Talıbovların bankının yeni sahibləri onlardır

Azərbaycanın yeganə regional bankı - "Naxçıvan Bank" ASC-nin yen

arrow Ətraflı
Laçın sərhədburaxılış məntəqəsindən yeni görüntülər like
  • 08 İyn 10:05  
Digərləri Laçın sərhədburaxılış məntəqəsindən yeni görüntülər

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi y

arrow Ətraflı
Yol polisi sürücülərə müraciət etdi like
  • 08 İyn 09:54  
Digərləri Yol polisi sürücülərə müraciət etdi

"Əziz Şuşa" beynəlxalq velosiped turnirinin ikinci mərhələsi il

arrow Ətraflı
Elzanın qalmaqal yaşadığı gəncə Rozadan sürpriz like
  • 08 İyn 09:45  
Şou-biznes Elzanın qalmaqal yaşadığı gəncə Rozadan sürpriz

Müğənni Roza Zərgərli növbəti addımı ilə diqqət çəkib.

arrow Ətraflı