Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçilərlə görüşə icazə verilmir
Siyasət 08 İyn 2023 10:16:00 273 0
"Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir".
Bu xəbəri də oxu: Fransız səfirdən Bakıya “həmlə”: Qərbi Azərbaycanın xəritəsini yaydı
Son.az Xəzər TV-yə istinadən bildirir ki,bu barədə aprel ayında dumanlı hava şəraitində yolu azaraq Ermənistana keçmiş və orada saxlanılmış əsgərlərimizin valideynlərinə Beynəlxalq Qızıl Xaç Komitəsindən məlumat verilib.
Əsirlikdə saxlanılan Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyir ki, Komitə onlara övladları ilə bağlı yeni bir məlumat vermir.
Əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova da övladından xəbər ala bilmədiyini deyir.
Hərbçilərimiz barədə ətraflı məlumat almaq üçün BQXK-ya müraciət etdik. Komitədən sadəcə bildirildi ki, Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə mütəmadi olaraq əlaqə saxlanılır. Digər suallarımız isə cavablandırılmadı.
Qeyd edək ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Azərbaycanın yeganə regional bankı - "Naxçıvan Bank" ASC-nin yen
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi y
"Əziz Şuşa" beynəlxalq velosiped turnirinin ikinci mərhələsi il
Müğənni Roza Zərgərli növbəti addımı ilə diqqət çəkib.
İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qa
Gələn ildən etibarən avtomobillərin utilizasiyasının həyata keçirilməs
Braziliyalı müğənni Anitta Türkiyənin meqastarı Tarkanla bağlı paylaş�
Moldova Azərbaycandan qaz idxalının mümkünlüyünə ümid edir.
Cənubi Koreyanın paytaxtı Seulun metrosunda eskalator qəzası baş verib.
Bəzən elə olur ki, işçi məzuniyyət hüququndan istifadə etmir və ya üm
Prokurorluq ABŞ-ın keçmiş prezidenti Donald Trampa ona qarşı cinayət işi
Vyanadan Amsterdama gedən qatarda yanğın baş verib.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.