Bakıda bu avtobuslar dəyişdi
Digərləri 25 Noy 2024 16:17:00 63 0
Elektrik mühərrikli avtobuslar bu gündən xəttə buraxılıb. Son.az xəbər verir ki, gündəlik təxminən 650 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edəcək. Çin istehsalı olan elektrik mühərrikli "BYD" markalı bu avtobuslar 160 ədəddir. "Avro-6" standartlarına uyğun olan bu nəqliyyat vasitələrinin enerjidoldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generatorla isə 600 kilometr məsafə qət etmək imkanına malikdir. Nəqliyyat vasitəsi, həmçinin təcili əyləc, təkərlərin təziqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub. Sərnişin tutumu daha çox olan bu ekobuslarda şar aparatlarının sayı da çoxdur. Həmçinin, bu avtobuslarda təhlükəsizlik kameralarının sayı digər ictimai nəqliyyat vasitələrindən fərqlidir. "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Əsmər Əliyeva bildirib ki, elektrikli avtobuslar təmsil etdiyi şirkətə məxsus marşrut xətlərində fəaliyyət göstərəcək. Bu avtomobillər üçün müasir qaraj infrastrukturu da yaradılıb. Qaraj sərnişinlərə yüksək keyfiyyət təqdim etmək üçün yüksək şəraitə malikdir. Məlumata əsasən, 25 noyabr tarixindən etibarən 1, 5, 14, 21, 88A nömrəli marşrut xətləri üzrə BYD markalı avtobuslar fəaliyyət göstərəcəkdir.
Bu xəbəri də oxu: Əlil şəxsə məcburi ərə verilən 12 yaşlı qızın acı hekayəsi
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu avtobuslar sayəsində ətraf mühit daha yaxşı qorunacaq. Ən son texnologiyalarla təmin olunan bu avtobuslar ekologiyanın dostu olmaqla yanaşı daha qənaətcildir. Bu avtobuslar zəhərli qazları atmosferə göndərmir, digər nəqliyyat vasitələrinə nisbətən daha sakit işləyir. 2024-cü il istehsalı olan bu avtobusların istismar müddəti 15 ildir.
Aysel Quliyeva Son.az
Baş DYP İdarəsindən avtomobilini azyaşlılara həvalə edən şəxslərə m
Silahlı hücumdan sonra iflic olan İbrahim Tatlısəs yeni müalicəyə başl
Rusiya hava hücumundan müdafiə sistemi bir gündə 8 ballistik raketi vurub.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar,
Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədri
"Şərur" Mənzil-Tikinti-Kooperativini (Şərur MTK) məhkəməyə ve
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova səhifəsinin necə bağladılma
Medvedev hipersəs ballistik raketin xüsusiyyətlərinə diqqət çəkərək m�
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm
Ötən illərdən bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açıl
SW AFEZCO və Modern Construction Group arasında mühüm layihələndirmə və
Göyçay "KOB FEST"ə qatılmaq istəyən mikro, kiçik və orta sahib
300 mindən çox izləyicisi olan tiktoker oğurluğa görə saxlanılıb.