Ermənistandan Naxçıvana ekoloji təhdid: sərhəddə təhlükəli zavod inşa ediləcək
Siyasət 06 İyn 2023 23:10:00 238 0
Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə 70 milyon dollarlıq ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Son.az report-a istinadən xəbər verir ki, zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.
Məsələ burasındadır ki, zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq.
Sakinlər bildirir ki, zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarındadır. Zavoddan çıxan tullantılar çaya axıdılacaq.
Sədərək rayon sakinləri deyirlər ki, bu, Ermənistanın növbəti ekoloji cinayətidir. Çünki Araz çayının bir qolu olan "Şir Arxı" da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib, canlılar məhv olub. Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda, bunu ölkənin mərkəzində etməlidir.
Zavodun inşası Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn "Şir Arxı"nın suyundan istifadə edilir.
Ekologiya və təbii sərvərlər nazirinin müşaviri Rasim Səttarzadə qeyd edib ki, Finlandiyanın Espo şəhərində imzalanmış "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya"nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olsa, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir.
Xatırladaq ki, ermənilər Araz çayını ekoloji fəlakətin qurbanına çeviriblər. Araz çayı Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Araşdırmalar göstərir ki, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir.
Çinin Henan əyalətində şagirdi mobil oyunlara 430 min yuan (təxminən 102
Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələ
Bu gün axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra �
Məşhur astroloq Tamara Qloba xəbərdarlıq edir ki, üç bürcün nümayənd�
Əslən azərbaycanlı olan türkiyəli aktyor Tamer Karadağlı xəyanət səb�
"Aile" serialı sezon finalı etdikdən sonra aktyorları istirahətə
6 iyun 2023-cü il tarixində, Parisdə UNESCO-nun "Mədəni özünüifadə
Türkiyəli aktrisa Nilsu Berfin Aktaşın həyat yoldaşı Sərdar Sertçelikin
Ukrayna Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması ilə bağlı H
Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 21:00-a olan məlumatına
Ermənistanın təcavüzü nəticəsində, təxminən otuz il davam etmiş silah
2021-ci ilin iyulunda Haiti Prezidenti Jovenel Moizin öldürülməsində işt