“Aparıcı özünü apara bilmir, hər bir neqativi efirdə çılpaqlığı ilə göstərmək olmaz...”
Şou-biznes 05 İyn 2023 12:54:00 237 0
Son.az xəbər verir ki, tanınmış müğənni Elnarə Xəlilova moderator.az-ın suallarını cavablandırıb. - Elnarə xanım, yay ayı gəlir, istirahət planlayırsınız? Ailə ilə istirahəti sevirsiniz? - İstirahət mütləqdir. İyul ayı ailəlikcə dincələcəyik. İyun və avqust aylarında isə işləməyə davam. - Kiməsə görə xasiyyətinizi dəyişmisiniz? - Heç vaxt! Həyat tərzimi dəyişə bilərəm. Düşdüyüm ailənin adət və ən-ənələrinə hörmət əlaməti olaraq, az-maz həmin ailəyə uyğunlaşa bilərəm. Amma xasiyyəti dəyişmək məncə qeyri-mümkündür. - Həyat yoldaşınızla aranızda anlaşılmazlıqlar çox olur? Güzəştə gedən tərəf kimdir? - Təbii ki, prioritet ailə başçısınındır. Bizdə evdə partiarxatdır. Ancaq yeri gələndə güzəştə hər iki tərəf getməlidir və gedir də. - Bu gün bütün televiziyalarda sosial verilişlər var. Nədənsə sizi həmin verilişlərdə görmürük. Adətən belə verilişlərə nümunəvi ailə tablosu olan, çoxuşaqlı analar gəlib, tövsiyyə verməlidir. Dəvətlər olurmu? - Əlbəttə ki, dəvətlər gəlir. Sadəcə mən özümü çox vaxt o verilişlərdə görmürəm. Çünki mən sənətçi və yaradıcı insanam. Hər nə qədər nümunəvi ailəm olmuş olsa da, ailəmin müzakirəyə çıxarılmasını sevmirəm. - Sizcə həmin verilişlər insanlara lazımdır? - Bəlkə də lazımdır. Hər cəmiyyətin öz düşüncə və təfəkkür tərzi var. Gərək ona görə davranılsın. Hər bir baş verən neqativ halı da çılpaqlığı ilə efirə çıxarmağı düzgün hesab etmirəm. Çünki biz istəsək də, istəməsək də, şüuraltı həmin neqativ halı təkrar yada salmış, yatanları da oyatmış və dolayısı ilə təbliğ etmiş oluruq. Təbii ki, mən bunun əleyhinəyəm. - Efirlərimizdə hansı verilişlərin daha çox olmasını istərdiniz? - Veriliş dediyin məlumat xarakterli olmalıdır. Analitik verilişlər onsuz da xəbər və məlumatla bol olur. Əyləncəli verilişləri də məlumat xarakterli, sadəcə əyləncə qatqılı etmək lazımdır. Lakin bəzən verilişlərdə aparıcı özünü apara bilmir, qalsın veriliş aparmağı. Hər nə olursa-olsun, efir etikası və estetikası gözlənilməlidir. Aparıcı verilişin sütunudur. O hara yönəldərsə, qonaq da ora gedər. Aparıcı unutmamalıdır ki, efir onun şəxsi mülkü deyil və efirdə səslənən hər bir mədəniyyətsizlik izləyicilərin tərbiyəsinə və əxlaqına mənfi təsir edə bilər. - Çox uzun illər müxtəlif telekanallarda aparıcılıq etmisiniz. Özünüzü yenidən aparıcı kimi sınamaq istərdiniz? - Bəlkə də istərdim. Sadəcə bunun üçün normal şərait yaradılmalıdır. Elnarə texniki problemlərin həlli ilə yox, yalnız efiri doğru-dürüst həyata keçirməyinin dərdində olmalıdır. - Elnarə xanım, müğənnilərimiz niyə yenilikçi deyillər? Niyə hər şey bəsitləşib? Bu hal niyə kimsəni, aidiyyatı qurumları, bu işə məsul şəxsləri narahat etmir? - Bundan ötrü Bədii şura yaradılmalıdır. Bütün yayım və media qurumları qarşısında reqlament və senzura qoyulmalıdır. İfaçı da bilməlidir ki, nəyi etmək olar, nəyi yox. Mahnı mətnində hansı sözü demək olar, hansını yox! Yoxlamaq lazımdır ki, musiqinin özü Azərbaycan musiqi mədəniyyətinin təbliğatına faydamı verir yoxsa mane olur? Bundan ötrü ali savadlı musiqi tənqidçiləri, bəstəkar və şairlər, dilçilər, musiqiçilər danışmalıdır. Mümkünsə yaşca və statusca böyüklər. Yəni buna haqqı çatanlar. - Bu günlərdə Dövlət Dil Komissiyası yanında Monitornq Mərkəzi müğənnilərin ifa etdiyi mahnıların sözlərindəki mənaların efir etikasına uyğun olmadığını aşkarladı. Amma nəinki gənc sənətçilər, bir qrup böyük sənətkarlar da bu səlahiyyətin onlarda olmadığını dilə gətirərək, Monitorinq Mərkəzinə irad tutdu. Yəqin ki, bundan xəbəriniz var? - Və bütün deyilən sözlər də orada qaldı. Musiqiçi dilçiyə deyə bilməz ki, get işinlə məşğul ol. Bu elə onun işidir. Dövlətin müəyyən etdiyi səlahiyyətli nümayəndələr olmalıdır. Onların səlahiyyəti çatmalıdır həm mahnı mətninə, eyni zamanda da musiqisinə müdaxilə etsin. Onların əlində elə bir sanksiya olmalıdır ki, yararsız treklər yalnız sosial şəbəkə səviyyəsində qalmalıdır. Efirlərə qədər qətiyyən daşınmamalıdır. - Ən böyük arzunuz nədir ki, ona çatmağınız uzun zaman tələb edir? - Hələ ki, arzum solo konsert verməkdir. Düşünürəm ki, onun da vaxtına az qaldı.
Bu xəbəri də oxu: Safura mərhum qayınatasını paylaşdı
Azərbaycanda inflyasiya törədən amillər çoxdur, amma onların içində xai
Yaxın zamanda Vaşinqtonda Azərbaycan- Ermənistan arasında növbəti görü�
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı TikTok canlı yayımında onun ü
44 günlük müharibənin başa çatması regionda yeni reallıq yaradıb.
Qəzalı binalarla yanaşı paytaxtda artıq istismar müddətini bitirmiş bina
Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ÜDM-də artım 1,
Ölkəmizdə əksəriyyət insanların sevimli alış-veriş platforması olan T
Aktrisa Məlahət Abbasova sosial media hesabında həyat yoldaşı İzzət bəy
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə
Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər
Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır.
"İnsanı yaşadan sevgidir, məhəbbətdir. Mütləq deyil ki, sən kimis�
Azərbaycanda yeni cərimələr tətbiq eiləcək.