“Qızlarım deyir ki, plastik əməliyyat etdirsən, mamalıqdan çıxacaqsan, qoymurlar gedim”
Şou-biznes 05 İyn 2023 10:53:00 230 0
"İnsanı yaşadan sevgidir, məhəbbətdir. Mütləq deyil ki, sən kimisə sevməlisən, dərdindən ölməlisən. Tamaşaçı sevgisi də, övlad, nəvə sevgisi də bu sevgiyə aiddir. Sevgi qadın üçün ən gözəl hissdir. Mənə elə gəlir ki, heç bir qadın sevgisiz yaşaya bilməz. Qadın sevgi dolu olmalıdır. Bəzən sevgi mahnıları oxuyursan, insanlar yozurlar. Nə edim ki, sevgi dolu qadınam?"
Bu xəbəri də oxu: "Gizli bahçe" serialı nəyə görə final etdi?
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Almaz Ələsgərova deyib. Müğənni zamanında ən bahalı kliplər çəkdirdiyini bildirib.
"Ən bahalı klipləri zamanında mən çəkdirmişəm. Ən bahalı klipimin qiyməti 14 min dollar olub. Sonra 8 min, 5 min və 4 min dollara çəkdirmişəm. Klip həvəskarı idim. Sonra klipə qarşı həvəs öldü. Cavanlıq, rəqabət var idi. İndi heç bir şey əvvəlki kimi deyil" deyə müğənni bildirib.
Müğənni qızlarından da danışıb.
"Qızlarım həyat dostlarımdır. Biri İsveçdə yaşayır, balaları var, biri isə yanımdadır. Bəzən onun üçün darıxıb yanına gedirəm. Artıq qızlarım öz ayaqları üstə dura bilirlər. Mən bəzən deyirəm ki, əməliyyat etdirib, özümü cavan qız edəcəm. Qızlarım mənə deyirlər ki, "sən niyə yaşdan danışırsan? Qocalmısan ki?". Mənə plastik əməliyyat etdirməyə icazə vermmirlər. Deyirlər ki, "sən asl mamasan, plastik əməliyyat etdirsən mamalıqdan çıxacaqsan" deyə sənətkar bildirib.
Müğənni mətbəxlə arasının yaxşı olduğunu bildirib.
"Mətbəxdə əlimdən hər iş gəlir. Xəmir xörəklərini həm yeyə bilirəm, həm də bişirə. Evim qonaqlı-qaralı olur. 1-2 rəfiqəm var, onlarla sıx əlaqədə olduğum üçün tez-tez evimə gəlirlər. Həm bişirməyi sevirəm, həm də yeməyi. Bəzən köklüyümü mənə irad tutanlar olur. Mənə belə rahatdır. Heç vaxt çəkimlə bağlı kompleks yaşamamışam. Hətta deyirlər ki, arıqlasan sənə yaraşmaz. İndiki yaşıma belə yaraşır" deyə müğənni bildirib.
Almaz Ələsgərova məşğul olduğu idman sahəsindən də danışıb.
"Həndbol idman növü ilə məşğul olmuşam. 10 il gedib-gəlmişəm. Hətta uğurlar da qazanıb, dərəcə almışam" deyə müğənni bildirib.
Azərbaycanda yeni cərimələr tətbiq eiləcək.
Ölkədə son zamanlar məktəblilər arasında bıçaqlanma hadisələri artıb
Meyxanaçı Pərviz Arif subaylığın daşını atıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.
Aparıcı Aytən Səfərova sosial media hesabındakı oaylaşımı ilə diqqət
Xankəndi-Gorus istiqamətində mülki şəxslərin Dövlət sərhəd-buraxılı
Aktrisa Keyt Hadsonun sosial media paylaşımları müzakirələrə səbəb olub
4 iyun 2023-cü il tarixində Ermənistanın Təhlükəsizlik Şurasının katib
Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ prezidenti Co Baydeni Böyük
Goranboy rayonunda qayınanasını öldürməyə cəhd etməkdə ittiham olunan