Valyuta mübadiləsi ilə məşğul olmaq istəyənlərlə bağlı


Digərləri 05 İyn 2023 11:04:00 254 0

Valyuta mübadiləsi ilə məşğul olmaq istəyənlərlə bağlı

Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək.

Bu xəbəri də oxu: Taksi qiymətləri ARTACAQ

Son.az Trend-ə istinadən bildirir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Valyuta tənzimi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Layihəyə əsasən, bu orqan Mərkəzi Bank olacaq. Ərizəyə qeyri-rezident hüquqi şəxsin nizamnaməsinin, filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının, qeyri-rezident hüquqi şəxsin ən azı son üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatının və auditor rəyinin qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış surəti də əlavə olunmalıdır.

Qüvvədə olan qanuna görə, ərizəyə təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış əlavə edilirdi. Artıq təsisçinin iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması şərti də olacaq. Başqa sözlə, ərizəyə təsisçinin (təsisçilərin) (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması haqqında məlumat və təsisçi (hüquqi şəxs olduqda icra orqanının rəhbəri) əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış əlavə olunmalıdır.

Layihədə ərizəyə aşağıdakıların da əlavə olunması tələbi əksini tapıb:

- təsisçi hüquqi şəxs olduqda - onun adını, ünvanını, kommersiya fəaliyyətinin növünü, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini göstərən məlumat və sənədlər, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti, təsisçi xarici hüquqi şəxs olduqda isə əlavə olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış, onların yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə), ən azı son üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

- təsisçi fiziki şəxs olduqda - onun soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını, daimi yaşayış yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, təsisçi əcnəbi olduqda (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla) isə əlavə olaraq rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatlarının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar;";

- nizamnamə (şərikli) kapitalının miqdarı, nizamnamə (şərikli) kapitalında hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər;

- minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi barədə bank sənədi;

- Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçılar arasında münasibətlər və benefisiar mülkiyyətçi (mülkiyyətçilər), o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

- mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin) və idarəetmə funksiyalarını yerinə yetirən şəxslərin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, həmin şəxslər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

- Lisenziya alınması üçün müraciətə baxarkən Mərkəzi Bank ərizəçinin nizamnamə (şərikli) kapitalında pay sahiblərinin, benefisiar mülkiyyətçilərinin maliyyə vəziyyəti və nizamnamə (şərikli) kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Azərbaycan Respublikası Mərkəzi Bankının sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.

- bu maddəs valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsdə sonradan mühüm iştirak payını əldə etmək istəyən və benefisiar mülkiyyətçi olan şəxslərə də şamil edilir.

- Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Azərbaycan Respublikası Mərkəzi Bankının sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir.

Son.az 

Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır like
  • 05 İyn 10:57  
Digərləri Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır

Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır. 

arrow Ətraflı
“Qızlarım deyir ki, plastik əməliyyat etdirsən, mamalıqdan çıxacaqsan, qoymurlar gedim” like
  • 05 İyn 10:53  
Şou-biznes “Qızlarım deyir ki, plastik əməliyyat etdirsən, mamalıqdan çıxacaqsan, qoymurlar gedim”

"İnsanı yaşadan sevgidir, məhəbbətdir. Mütləq deyil ki, sən kimis�

arrow Ətraflı
Bu şəxslər 12 min manatadək cərimə ediləcəklər like
  • 05 İyn 10:42  
Digərləri Bu şəxslər 12 min manatadək cərimə ediləcəklər

Azərbaycanda yeni cərimələr tətbiq eiləcək.

arrow Ətraflı
“07” ilə “06” toqquşdu, qadın öldü like
  • 05 İyn 10:31  
Digərləri “07” ilə “06” toqquşdu, qadın öldü

Qusarda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Məktəblilər arasında artan cinayətlər like
  • 05 İyn 10:24  
Digərləri Məktəblilər arasında artan cinayətlər

Ölkədə son zamanlar məktəblilər arasında bıçaqlanma hadisələri artıb

arrow Ətraflı
Sabunçuda əl qumbarası və patronlar aşkar olunub like
  • 05 İyn 10:09  
Digərləri Sabunçuda əl qumbarası və patronlar aşkar olunub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Türkiyədə dolların məzənnəsi 21 TLni ötüb like
  • 05 İyn 10:00  
Digərləri Türkiyədə dolların məzənnəsi 21 TLni ötüb

Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

arrow Ətraflı
Aytən Səfərova qızı ilə like
  • 05 İyn 09:49  
Şou-biznes Aytən Səfərova qızı ilə

Aparıcı Aytən Səfərova sosial media hesabındakı oaylaşımı ilə diqqət

arrow Ətraflı
Xankəndi erməniləri Laçın postundan sərbəst keçirlər like
  • 05 İyn 09:34  
Siyasət Xankəndi erməniləri Laçın postundan sərbəst keçirlər

Xankəndi-Gorus istiqamətində mülki şəxslərin Dövlət sərhəd-buraxılı

arrow Ətraflı
Yarıçılpaq fotolarında azyaşlı qızının da düşməsi like
  • 05 İyn 09:27  
Şou-biznes Yarıçılpaq fotolarında azyaşlı qızının da düşməsi

Aktrisa Keyt Hadsonun sosial media paylaşımları müzakirələrə səbəb olub

arrow Ətraflı
Bakıda mağaza yanıb like
  • 05 İyn 09:16  
Digərləri Bakıda mağaza yanıb

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı ş

arrow Ətraflı
Rəsmi Bakıdan Armen Qriqoryanın iddialarına like
  • 05 İyn 09:07  
Siyasət Rəsmi Bakıdan Armen Qriqoryanın iddialarına

4 iyun 2023-cü il tarixində Ermənistanın Təhlükəsizlik Şurasının katib

arrow Ətraflı
Uolles NATOnun yeni baş katibi ola bilər like
  • 05 İyn 08:56  
Dünya Uolles NATOnun yeni baş katibi ola bilər

Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ prezidenti Co Baydeni Böyük

arrow Ətraflı