Bakı sülhün izinə düşdü Paşinyan çarəsiz:
Siyasət 02 İyn 2023 19:34:00 244 0
Ermənistanla bağlı Bakının düşüncələri bu dəfə də özünü doğrultdu. Daha doğrusu, Azərbaycan tərəfi çox yaxşı bilirdi ki, Nikol Paşinyan Kişinyovda sülh üçün dəridən-qabıqdan çıxmayacaq. Bunu istər bu görüşdən əvvəl Laçından Azərbaycan Prezidentinin səsləndirdiyi bəyanatlar olsun, istərsə də Azərbaycan müdafiə nazirinin "hazır olun" əmri bir daha təsdiq etdi ki, Bakı İrəvana çox yaxşı bələddir.
Bu xəbəri də oxu: İlham Əliyev Kəlbəcərin azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib
Elə gözlənilən kimi də oldu. Belə ki, Kişinyovda Avropa Siyasi Birliyinin Sammiti işinə başladığı ilk dəqiqələrdən etibarən Ermənistan silahlı dəstələri müxtəlif istiqamətlərdə hərbi təxribatlarla diqqət mərkəzinə düşdülər. Sərhəd istiqamətindən əlavə, hətta saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərimiz də atəşə məruz qaldı.
Bütün bu atəş səslərinin, gilizlərin əsas məqsədi Kişinyovda gərginliyi hiss etdirmək idi. Lakin Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni separatçıların yarada biləcəyi təxribatın qarşının alınmasına hazır vəziyyəyə gətirilmişdi. Bu, mümkün antiterror əməliyyatlarının istənilən an başlaması ilə də nəticələnə bilərdi və bu gün aktualdır. Məhz Zakir Həsənovun bununla bağlı tapşırığı da qarşı tərəfə bir mesaj idi ki, əgər ağlınızdan hücum keçsə aqibətinizi də düşünün.
Moldovanın paytaxtına gəldikdə, görüş ümumi mənada pozitiv müstəvidə keçsə də, gözlənildiyi kimi sülh sazişi bu görüşdə imzalanmadı. Lakin bu görüşlə bağlı Şarl Mişelin "Kişinyov görüşü iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüş üçün yaxşı haazırlıq oldu" bəyanatından bir neçə nəticə çıxarmaq olar. Belə anlaşıldı ki, Kişinyov görüşübndən fərqli olaraq Brüsseldən gözləntilər çox böyükdür və rəsmi sülh sənədinin imzalanması ehtimalı daha çoxdur.
Amma üçtərəfli və beştərəfli görüşlərin nəticələrinə, orada səsləndiurilən bəyanatlara nəzər yetirdikdə əminliklə demək olar ki, Prezident İlham Əliyevin bir neçə gün öncə Laçından səsləndirdiyi bəyanatlar fonunda bu görüşlərin əhəmiyyətini Qərbdə daha çox hiss etməyə başlayırlar. Əslində dövlət başçısı bu açıqlamalarla Ermənistanın ən böyük hamilərindən biri olan Fransanın da iştirak etdiyi Kişinyov görüşü öncəsi həm İrəvana, həm də onun havadarlarına bu görüşlərdə sülh danışılqarında destruktivlik göstərəcəkləri təqdirdə baş verə biləcək prosesləri xatırlatma idi.
Eyni zamanda Bakının bu həmləsi nala-mıxa vurulması ilə seçilən Nikol Paşinyanın gözlənilən görüşlərdə sülh üçün müvazinətini itirməməsi üçün bir "prob" idi. Bu yolla Azərbaycan Ermənistan hərbi-siyasi rəhbərliyini "danışıqları pozacağınız təqdirdə Azərbaycan Ordusu dövriyyəyə girə bilər" xatırlatması etdi. Bakının bu xəbərdarlıqlarından dizlərinin əsdiyi hiss edilən Ermənistan və havadarları Kişinyovda ehtiyyatlı davranmağa çalışdılar. Sülhlə bağlı hər hansı bir ciddi irəliləyiş olmasa da, Bakının qarşısında bu məsələdə ciddi bir maneə ilə qarşılaşdığımızı deyə bilmərik. Hətta Makron da Praqadakı qədər "cəsarətli" görünmədi.
Nəticədə, Fransa regionda oyun qaydalarını dəyişməyə cəhd etsə də, hələlik buna nail ola bilmədiyindən hazırda ən etibarlı moderatorun elə Avropa İttifaqı olduğunu düşünə bilərik. Ancaq Aşrl Mişelin növbəti beştərəfli görüşün oktyabrda İspaniyada olacağını da qeyd etməsi, Ermənistanın şansının olduğu təsəvvürü yaratsa da, Bakının sözü sözdür. Azərbaycan nəticənin nə olmasında asılı olaraq öz bildiyini edəcək. Çünki anlaşılan odur ki, Nikol Paşinyan prosesi uzatmağa çalışır. Bu isə bölgədə gərginliyin artmasına səbəb olacaq. Bakının dərhal qabaqlayıcı addımlar atacağı istisna edilmir.
Bu nüansı da mütləq qeyd edək ki, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə beşli format (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) çərçivəsində müzakirə apardılar. Almaniya kansleri Olaf Şolts ilk dəfə kollektiv müzakirədə iştirak etdi. Bu il oktyabrın 5-də İspaniyada keçiriləcək 3-cü Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqının liderlərinin daha bir beştərəfli görüşünün keçiriləcəyinin anons edilməsi də bir daha Ermənistanın ipə-sapa yatmaq istəmədiyini nümayiş etdirir.
Amma Fransanın olduğu masada bundan fərqli ssenari də gözlənilmirdi. Kişinyovda sülhlə bağlı hansLakin Şarl Mişel və digər moderatorlar bir şeyi anlamalıdırlar ki, nəticəsiz görüşlər həm sərhəddə, həm Qarabağda, həm də masada gərginlik vəd edir, rəsmi Bakı isə bu gərginliklərə müşahidəçi qismində qalmayacaq.
Təhməz Əsədov TREND
Bakıda Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsi
"Zəng vurub deyirlər ki, filan meyxanaçının məclisimizdə iştirak et
Almaniyanın Yena Universitetinin tələbəsi, Azərbaycan vətəndaşı Fərid
Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İl
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Gün
Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə gündəmə gəlib.
Astroloqlar bu ilin iyun ayında ikinci yarısı olmadan qala biləcək Bürcün
Küveyt Dövlətinin Baş naziri Əhməd Nəvaf əl-Əhməd əl-Sabah Prezident
İyunun 2-nə keçən gecə Kiyevə dron və qanadlı raketlərlə hücum həyat
ATV-nin "Şou Xəbər" proqramına müsahibə verən müğənni Rəqsa
"BadamdarEstates" otelində "StarKidsGroup" şirkətinin tə
Bakıda taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul ol
Fransanın Lill şəhərində 62 yaşlı "qanuni oğru" Teymuraz Calaq
Ermənistan Baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın andiçmə m�