İran rejimi Azərbaycana qarşı “klassik” üslubunu işə saldı
Siyasət 02 İyn 2023 18:48:00 270 0
Almaniyanın Yena Universitetinin tələbəsi, Azərbaycan vətəndaşı Fərid Səfərlinin molla rejimi tərəfindən oğurlanması, onun Tehranda itkin düşdüyü barədə məlumatlar ictimailəşdirildikdən xeyli sonra, sözügedən gəncin cəsusluq fəaliyyətində ittiham olunması 1979-cu ildən etibarən qanlı mahiyyətini din, məzhəb pərdəsi arxasında gizlətməyə çalışan ultramillətçi, cinayətkar Tehran hakimiyyətinin "klassik" üslubunu əks etdirir.
Bu xəbəri də oxu: Laçın və Qubadlıda su anbarları tikiləcək
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, İran, artıq 44 ildən çoxdur ki, bu ölkəyə ən müxtəlif səbəblərdən, hətta turizm məqsdəilə və ya sadəcə qonaq kimi səfər edən əcnəbilər üçün ən təhlükəli ölkələrdən biri və birincisi hesab olunur.
"Molla rejimi nəinki beynəlxalq münasibətlər sisteminin, hətta islamın təşviq etdiyi insani dəyərlərinin üz qarasıdır. Artıq real məzmunu bütün dünyanın gözü önünə sərgilənən, saxta, əttökən, bəsit ideologiyasından başqa heş bir söykəncəyi olmayan molla rejiminin ölkəyə gələn qonaqları girov götürməsi sübuta yetirir ki, edam hakimiyyətinin cəlladları şərq xalqlarına məxsus olan qonaqpərvərlik ənənələrindən də imtina ediblər.
Qənaətimə görə, Azərbaycan vətəndaşı Fərid Səfərliyə qarşı molla rejiminin həyata keçirdiyi cinayət əməli, insan oğurluğu faktı, nə ölkəmizdə, nə də sivil dünyanın digər dövlətlərində kimsəni təəccübləndirmir. Bu ölkədə molla rejiminin düşmən kəsildiyi ölkələrin diplomatlarının, jurnalistlərin, iş adamlarının və hətta sadə insanların girov götürülməsi sıradanbir hadisədir və molla rejiminin sonradan girov götürdüyü şəxsləri cəsusluğa cəlb etməsi, onları öz çirkin əməlləri üçün bazarlıq vasitəsinə çevirməsi ilə bağlı çoxsaylı faktlar var.
Məhz bu baxımdan, dünyanın bir çox ölkələri öz vətəndaşlarına İrana getməyi tövsiyyə etmirlər və mütəmadi olaraq, İran vətəndaşlarını belə öz ərazilərinə buraxmırlar", - deyə o qeyd edib.
O qeyd edib ki, Azərbaycanın Tehrandakı səfirliyində həyata keçirilən terror aksiyası, Azərbaycan vətəndaşı Fərid Səfərlinin oğurlanması faktı, bütövlükdə isə İranın Ermənistanla həmrəylik nümayiş etdirərək ölkəmizə qarşı sərgilədiyi düşmən münasibəti, məqsədindən asılı olmayaraq, bu ölkəyə getməməyi zəruri edir.
"Düşünürəm ki, səbəbindən asılı olmayaraq, Azərbaycan Respublikasının vətəndaşları İrana getməkdən tamamilə imtina etməlidirlər, yaxud ölkəmizin vətəndaşlarının İrana gedişinə qadağa qoyulmalıdır.
Bu ölkəyə səfər edən insanların oğurlanmayacağına, cəsusluqda ittiham edilməyəcəyinə, yaxud cəsusluq fəaliyyətinə cəlb olunmayacağına heç kim zəmanət verə bilməz", - deyə o əlavə edib.
Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İl
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Gün
Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə gündəmə gəlib.
Astroloqlar bu ilin iyun ayında ikinci yarısı olmadan qala biləcək Bürcün
Küveyt Dövlətinin Baş naziri Əhməd Nəvaf əl-Əhməd əl-Sabah Prezident
İyunun 2-nə keçən gecə Kiyevə dron və qanadlı raketlərlə hücum həyat
ATV-nin "Şou Xəbər" proqramına müsahibə verən müğənni Rəqsa
"BadamdarEstates" otelində "StarKidsGroup" şirkətinin tə
Bakıda taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul ol
Fransanın Lill şəhərində 62 yaşlı "qanuni oğru" Teymuraz Calaq
Ermənistan Baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın andiçmə m�
Beş il əvvəl İsveçrədə - Alp dağlarında yoxa çıxan və bir neçə ayl
Bakıda skuter icarəsi mobil tətbiqləri fəaliyyətlərini müvəqqəti dayan
VTB (Azərbaycan)-ın nağd kredit üzrə kampaniyası çoxsaylı müştərilər