Bağlanan "Günay Bank"ın əmanətçilərinə
Digərləri 02 İyn 2023 18:44:00 274 0
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Günay Bank" ASC-nin əmanətçilərinə kompensasiyaları "Bank Respublika" ASC vasitəsilə ödəyəcək.
Bu xəbəri də oxu: Adamyuyan maşın buraxıldı
Bu barədə Fonddan məlumat verilib.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli qərarı ilə "Günay Bank" müflis elan edilib, ADIF onun ləğvedicisi təyin olunub. "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq "Günay Bank"da sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilib.
Kompensasiya ödənilməsinə əvvəlcədən deyildiyi kimi, iyunun 19-dan başlanılacaq. "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan "Günay Bank"ın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.
Əmanətçilərdən kompensasiyaların alınması üçün "Bank Respublika"nın müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.
Qorunan əmanətçilər ərizə formalarını iyunun 19-dan etibarən "Bank Respublika"nın müvafiq filiallarından və www.adif.gov.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı "Bank Respublika"nın müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.
"Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100 %-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100 %-i qədər kompensasiya ödəniləcək.
Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə gündəmə gəlib.
Astroloqlar bu ilin iyun ayında ikinci yarısı olmadan qala biləcək Bürcün
Küveyt Dövlətinin Baş naziri Əhməd Nəvaf əl-Əhməd əl-Sabah Prezident
İyunun 2-nə keçən gecə Kiyevə dron və qanadlı raketlərlə hücum həyat
ATV-nin "Şou Xəbər" proqramına müsahibə verən müğənni Rəqsa
"BadamdarEstates" otelində "StarKidsGroup" şirkətinin tə
Bakıda taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul ol
Fransanın Lill şəhərində 62 yaşlı "qanuni oğru" Teymuraz Calaq
Ermənistan Baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın andiçmə m�
Beş il əvvəl İsveçrədə - Alp dağlarında yoxa çıxan və bir neçə ayl
Bakıda skuter icarəsi mobil tətbiqləri fəaliyyətlərini müvəqqəti dayan
VTB (Azərbaycan)-ın nağd kredit üzrə kampaniyası çoxsaylı müştərilər
Milli Məclisin deputatı İqbal Məmmədov oğlunun üzləşdiyi şantaj hadis�
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxm