Deputat onu intim görüntüləri ilə şantaj edəni tanıyırmış: “Qardaşımın yanında…” VİDEO
Digərləri 02 İyn 2023 17:12:00 263 0
Milli Məclisin deputatı İqbal Məmmədov oğlunun üzləşdiyi şantaj hadisəsi ilə bağlı açıqlama verib.
Bu xəbəri də oxu: Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Laf TV-yə telefon bağlantısı ilə qoşulan İ.Məmmədov hadisənin 2020-ci ilin yanvar ayında baş verdiyini deyib.
O, deputatlığa namizəd olduğu dövrdə oğlunun ona məxsus olduğu iddia edilən görüntülərlə şantaj edildiyin deyib: "Oğlum mənə dedi ki, ona zənglər edirlər, şantaj edirlər. Mən dedim ki, gəl həmin adamları hüquq-mühafizə orqanlarına verək. Çünki belə bir şey bizim nəslə yaraşmayan bir şeydir. Dərhal hüquq-mühafizə orqanlarına müraciət etdik. Həmin pulu da hüquq-mühafizə orqanlarının istəyi ilə deyilən karta yüklədik ki, onlar izi tapa bilsinlər. 3-4 ay ərzində həmin adam tapıldı, araşdırma aparıldı və işi məhkəməyə göndərdilər. Məhkəmə də ona iş kəsib".
İ.Məmmədov əlavə edib ki, həmin şəxs qadın deyil, kişidir: "Mən əvvəllər uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuşam. 2010-cu ildə millət vəkili seçiləndən sonra şirkətlərimi ailəmə və qardaşıma dövr etmişəm. Bu şəxs də həmin şirkətlərin birində işləyib, daha əvvəl isə hansısa reket saytlardan birində çalışıb. Qardaşıma məxsus olan şirkətdə işlədiyi vaxt o, işdən qovulub. Bu səbəbdən də belə bir şantaja əl atıb".
Millət vəkili şantaja əl atmış şəxsin əlində hər hansı ifşaedici foto və ya məlumatın olmadığını bildirib.
"Qafqazinfo"nun apardığı dəqiqləşdirmələrdən sonra məlum olub ki, millət vəkilinin oğlunu şantaj etdiyinə görə həbs edilən şəxs 1992-ci il tarixdə Bakıda anadan olmuş, ailəli, ali təhsilli Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan R.Ə.Quliyevdir. O, 1984-cü il təvəllüdlü Nəzrin Məmmədli adı ilə saxta profillər açaraq İqbal Məmmədovun oğlu Mirhəmin Nərimanlını şantaj edib.
Qeyd edək ki, bu gün "Qafqazinfo"da yayımlanan xəbərdə də Xəzər Rayon Məhkəməsinin hökmü ilə R.Ə.Quliyevin 2022-ci ildə həbs olunduğu, daha sonra şərti cəza ilə azadlığa buraxıldığı qeyd olunmuşdu. Bu ilin may ayının 18-də isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə o, yenidən məhkəmə zalındaca həbs edilib.
Belə ki, apellyasiya instansiyası təqsirləndirilən şəxs barəsindəki 3 il həbs hökmünü bərpa edib. R.Ə.Quliyevin 2022-ci ildə bu cinayət işi üzrə həbsdə saxlanıldığı 1 ay 28 gün cəzasından çıxılıb.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxm
Xalq artisti Röya Ayxan Bakıda yay konsertlərinə start verib.
"Zibilin sosial şəbəkəyə yayılandan sonra oldun mələk, kişi də əclaf?
Plastik əməliyyat keçirən model vəfat edib.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bünyadzadə 4 ünvanında yaşayan
Prezident İlham Əliyev "Azərbaycan Respublikası dövlət büdcəsinin v
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirli
İyun ayının 2-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfə
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə
"İsrail dövləti 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqill
Müğənni Natavan Həbibinin keçmiş həyat yoldaşı, reper Dado hazırkı m�
1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olu
Avropa Kosmik Agentliyi (ESA) Mars orbitində olan peyki Mars Express-dən canl�
Vətəndaş cəmiyyətinin xətti ilə iş görməkdən ötrü mütləq aydın k