"Premium" deputatın "premium" çıxışları VIDEO
Siyasət 01 İyn 2023 19:30:00 260 0
Milli Məclisin deputatlarından olan Arzu Nağıyev ölkənin ali qanunverici orqanında Tovuz-Gədəbəy bələdiyyəsini təmsil edir.
Bu xəbəri də oxu: COP29un yekun plenar iclası keçirilir
Daha doğrusu, etməyə çalışır, amma deyəsən, istəklə gerçəklik tam ziddiyyət təşkil edir.
Çünki Arzu Nağıyev "susmaq qızıl, danışmaq gümüşdür" ifadəsinin aksoimatikliyini az qala hər açıqlamasında, müsahibəsində və şərhində bariz şəkilldə sübut edir.
O, bəlkə bu qədər danışmasaydı, müdrik deputat, daxili və xarici siyasətin incəliklərinə, cəmiyyətin sosial problemlərinin həll yollarına bələd şəxs kimi tanınardı.
Lakin o danışır və hər açıqlamasından sonra sosial şəbəkələrdə ironiya obyektinə çevrilir.
Məsələn, o, 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin ölkədə ölüm hökmünü ləğv etməsindən danışarkən deyir: "Ölkəyə ölümlə bağlı basqılar vardı. Ona görə də ölümlə bağlı qanunlar ləğv edildi".
"Ölümlə bağlı qanunlar" ifadəsinin nə demək olduğunu cənab Nağıyev bir qədər geniş izah edə bilərmi?!
Yaxud digər "möhtəşəm" açıqlama: "Hətta 1941-1945-ci illər müharibə vaxtı Hitlerin faşizmi daha da qabardılanda biz müsəlman inancı adı ilə çox israillilərə köməklik göstərmişik".
İsrail dövləti 1948-ci ildə yaranıbsa, söhbət hansı "israillilər"dən gedir? Tamam, anladıq, cənab Nağyev yəhudiləri nəzərdə tutur.
Bəs yaxşı, "faşizm daha da qabardılanda", "müsəlman inancı adı ilə" ifadələrinin mənası nədir?
Cənab Nağıyev Azərbaycan-İsrail əlaqələrindən bəhs edəndə "44 günlük müharibədə yəhudi icması əsgərlər üçün 1000 ədəd paltarı məhz mənə vermişdi" söyləyir. Bu açıqlamanı şərh etmək, inanın, asan deyil.
Və ya "20 günlük 1920.. 2020-ci ildə 44 günlük müharibə" ifadəsi.
Bir sözlə, məntiq labirinti və hikmət uçurumudur cənab Nağıyevin açıqlamaları.
Bu, öz yerində, anladıq.
Bəs ölkədəki telekanallara, radiostansiyalar nə olub? Həmin media strukturlarının baş prodüserləri, rəhbərləri görmürlər ki, cənab Arzu Nağıyev bəşər övladının orta statistik təmsilçisinin əsla başa düşməyəcəyi kosmik gerçəklərdən bəhs edir?
Həmin gerçəklərin Milli Məclisin nüfuzuna necə təsir etdiyini anlayırlarmı "media kapitan"ları?
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Ə
Havalar isindiyindən sürücülərin kondisioner ustalarına müraciətləri ar
Tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun qəza zamanı oğlu Nurlan
Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik
"Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyi
02 iyun 2023-cü il tarixində səhər saatlarından başlayaraq gün ərzində
Hollivud ulduzu Alek Bolduin əməliyyat keçirib.
Ford şirkəti sedanların istehsalından imtina edib, Avropada satılan Mondeo
Ermənistanda paytaxt İrəvanın Arabkir rayonunun istintaq şöbəsinin 4 müs
Sağlamlıq haqqında arayışlar üçün tariflər tibbi xidmətlərin maya də
Əməkdar artist Elza Seyidcahan canlı efirdə əsəbiləşib.
BQXK nümayəndələri bu gün növbəti dəfə Laçın yolunda Azərbaycanın n
Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 1-də Kişineuda Azərbaycan R
Rus rublunun dəyişdirilməsində çətinliklər yaşanır.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 1-də Kişineuda Azərbaycan