Xankəndidə nəyin hazırlığı görülür? Paşinyan özündən


Siyasət 30 May 2023 17:06:00 254 0

Xankəndidə nəyin hazırlığı görülür?  Paşinyan özündən

Hər ötən saat Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında Azərbaycan Ordusunun antiterror əməliyyatına daha çox ehtiyac yaranmağa başlayır. Kişinyov görüşü yaxınlaşdıqca bunu xüsusilə hiss etməyə başlamışıq. İstər Ermənistan-Azərbaycan sərhəddində olsun, istərsə də sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə olan qeyri-qanuni erməni silahlıları tərəfindən artıq ardıcıl bir neçə gündür ki, silahlı insidentlər bir-birini əvəz edir.

Bu, təbii ki, sıradan, təsadüf bir hadisə deyil, bir plandır və əsas məqsəd də, iyunun1-də Kişinyovda yenidən Azərbaycan və Ermənistan dövlət başçıları arasında nəzərdə tutulan görüşdə sülhlə bağlı hər hansı bir müsbət irəliləyişi əngəlləmək üçün önləyici "tədbirdir". Ermənistanın sülh danışıqlarındakı yenidən mövqe dəyişikliyi diqqətdən yayınmır.

Rəsmi İrəvan yenidən danışıqlar prosesini sabotaj etmək üçün müxtəlif istiqamətlərdə təxribatlara start verib. Əslində bunun ilk cücərtisi Avrasiya İqtisadi İttifaqının Moskva sammitindən hiss edilməyə başladı. Rusiyanın paytaxtında konfransa sonrası üçtərəfli görüşün keçiriləcəyi öncədən bəlli idi. Aİİ konfransında Nikol Paşinyanın Azərbaycana qarşı təxribatyönlü açıqlamaları, atmacaları İrəvanın danışıqların baş tutumaması üçün niyyətindən xəbər verirdi.

Məhz həmin gündən bu yana Ermənistan hərbi-siyasi rəhbərliyi təxribatları ilə növbəti danışıqları əngəlləməyə, prosesi dalana dirəyib, Azərbaycanla sülh sənədinin uzadılması prosesini qeyri-müəyyən zamana kimi uzatmağı qarşısına məqsəd qoyduğunu açıq nümayiş etdirir. Hamilərinin müdaxilələri ilə manipulyasiya cəhdlərini davam etdirən Ermənistan gah möcvqelərimizi atəşə tutur, gah diversant qrupunu ərazimizə göndərib təxribat hazırlamağa çalışır, gah da Azərbaycana qarşı elə öz əraizisndə sülhməramlıların gözü önündə yeni döyüş mövqeləri hazırlayır.

Az öncə isə separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan yenidən çərənləməsi ilə diqqət mərkəzinə düşüb. O bildirib ki, "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq". Bu, Azərbaycana meydan oxumaq deyil nədir?! Bəs, Vardanyan buna cəhd edəcəkləri təqdirdə hansı aqibətlə üzləşəcəklərinidəmi düşünə bilmir, əlbəttə bilir. Amma hamilərindən belə göstəriş alan Vardanyanların ağzı nədir ki, köləsi olduqları ağaılarının sözündən çıxalar.

Vardanyanın bu açıqlaması eyni zamanda Nikol Paşinyanın son bəyanatları, sülhə mane olmağa hesablanan fikirləri ilə tamamilə üst-üstə düşür. Ermənistanın sosial media seqmentində də yayılan kadrlardan bir daha təsdiq edir, qarşı tərəf sərhədə yeni qüvvələr toplayır. Belə nəticə çıxır ki, Ermənistan sülhə yox, savaşa hazırlıq görür.

Bu iki hadisədə bağlılıq göz önündə. Bununla da bir daha o qərara gələ bilərik ki, Nikol Paşinyan yenidən müharibə bölgədə eskalasiya riskini artırmaq üçün himayədarlarından vəziyyəti gərginləşdirmək istiqamətində göstəriş alıb.

Bütün bu proseslər isə Azərbaycanın ərazi bütövlüyünə, onu suverenliyinə edilən təhdiddən başqa bir şey deyil. Hadisələrin bu cür cərəyanı Azərbaycanı vadar edir ki, vaxt itirmədən sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında təcili antiterror əməliyyatlarına başlasın.

Təbii ki, hadisələrin necə inkişafı iyunun 1-də Kişinyovda keçiriləcək Avropa İttifaqı sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın tutacağı mövqedən asılıdır. O, danışıqların baş tutmaması üçün əlindən gələni edəcək ki, qeyri-müəyyən zamana kimi yenidən Bakı ilə təmaslar dondurulsun, vaxt qazansın. Bəs, Azərbaycan tərəfi buna razıdırmı? Bakı yenidən Ermənistanın nə vaxt ətəyindən daşı atıb, konstruktivlik nümayiş etdirmək üçün səbri varmı?!

Ermənistan sülh istəmirsə, Azərbaycan da onun istədiyi şəkildə davranmaq haqqı qazanacaq. Bakının İrəvanın nazını çəkəcək fikri yoxdur. Azərbaycan yerli erməni sakinlərin reinteqrasiyası istiqamətində bütün zəruri addımları atmaq niyyətindədir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı səslənən fikirlərin və cəhdlərin qarşısının alınması Azərbaycanın suveren hüququdur və bu, beynəlxalq hüququn norma və prinsiplərə uyğundur. Ermənistanın buna zidd fəaliyyətləri və Azərbaycanın erməni sakinlərlə dialoq səylərinə müdaxiləsi ölkəmizin daxili işlərinə qarışmaqdır və Paşinyan başda olmaqla, digər Ermənistan rəsmiləri tərəfindən səslənən "ərazi bütövlüyü və suverenliyə dəstək" barədə pafoslu bəyanatlarla ziddiyyət təşkil edir.

Ermənistan nə qədər çalışsa da ki, Azərbaycanın planlarını pozusn, geosiyasi reallığı xeyrinə dəyişsin, Azərbaycan buna imkan verməyəcək. Yaxşı olardı ki, Azərbaycana qarşı ərazi iddialarını davam etdirən ermənilər, siyasətçiləri, radikal qüvvələri və onlara fitva verən hamiləri Bakıya qarşı çıxmağın onlar üçün hansı fəsadlarla yekunlaşacağını da bir düşünsünlər.

Prezident İlham Əliyev Laçında çox önəmli mesajlar verdi. Ən önəmlilərdən biri isə "Biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq. Mən buna şübhə etmirəm" mesajı oldu. DÖvlət başçısı bu bəyanatı ilə Ermənistana kənar qüvvələrin müdaxiləsi ilə sülh ritorikasını dəyişməməyə dəvət etdi.

Prezidentin etdiyi xəbərdarlıqdan gəlinən növbəti nəticə bundan ibarətdir ki, Qarabağdakı separatçı ünsürlərin cəmisi bir neçə ay vaxtı qalıb. Bu müddət daha da tez ola bilər. Ya qondarma rejim qalıqları Azərbaycan dövlətinə boyun əyəcək, ya da Azərbaycan Ordusunun nüşangahındakı yerini qətiləşdirəcək.

Təhməz Əsədov TREND

İsrail Prezidenti: Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm like
  • 30 May 17:02  
Siyasət İsrail Prezidenti: Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm

Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük

arrow Ətraflı
Azərbaycanın və İsrailin birinci xanımları Qala ArxeolojiEtnoqrafik Muzey Kompleksində olublar like
  • 30 May 16:58  
Siyasət Azərbaycanın və İsrailin birinci xanımları Qala ArxeolojiEtnoqrafik Muzey Kompleksində olublar

Mayın 30-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva v�

arrow Ətraflı
Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş  VİDEO  FOTO like
  • 30 May 16:52  
Şou-biznes Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş VİDEO FOTO

Keçmiş "Hepsi" qrupunun üzvü Cemre Kemer illər sonra yeni etirafl

arrow Ətraflı
İsxak Hersoq: Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur like
  • 30 May 16:44  
Siyasət İsxak Hersoq: Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur

Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən

arrow Ətraflı
Ceyranbatan su anbarına tökülən kanal antisanitar vəziyyətdədir  VİDEO like
  • 30 May 16:40  
Digərləri Ceyranbatan su anbarına tökülən kanal antisanitar vəziyyətdədir VİDEO

Samur-Abşeron kanalına zibillər tökülüb və təmiz su məhz bu tullantıla

arrow Ətraflı
Kənan MM nazirliyə müraciət etdi  "Böyrəyimi satıram" like
  • 30 May 16:28  
Şou-biznes Kənan MM nazirliyə müraciət etdi "Böyrəyimi satıram"

Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib.

arrow Ətraflı
Saatlıda ailə üzvləri hamilə qadını döydü like
  • 30 May 16:10  
Digərləri Saatlıda ailə üzvləri hamilə qadını döydü

Saatlı rayonunda hamilə qadın döyülüb.

arrow Ətraflı
Rus Dram Teatrının aktyorları qəzaya düşdü  VİDEO like
  • 30 May 16:04  
Şou-biznes Rus Dram Teatrının aktyorları qəzaya düşdü VİDEO

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının heyəti Şəkidə qəzaya d

arrow Ətraflı
ABBnin dəstəyi ilə 5ci Milli Kitab Sərgisi keçirilir like
  • 30 May 16:00  
Digərləri ABBnin dəstəyi ilə 5ci Milli Kitab Sərgisi keçirilir

İçərişəhərdəki Qoşa Qala meydanında 5-ci Milli Kitab Sərgisi başlanı

arrow Ətraflı
“Həssas polis”in qəhrəmanı vəfat etdi like
  • 30 May 16:00  
Digərləri “Həssas polis”in qəhrəmanı vəfat etdi

Rusiyalı teatr və kino aktyoru Nikolay Şatoxin 62 yaşında vəfat edib.

arrow Ətraflı