ABBnin dəstəyi ilə 5ci Milli Kitab Sərgisi keçirilir
Digərləri 30 May 2023 16:00:00 287 0
İçərişəhərdəki Qoşa Qala meydanında 5-ci Milli Kitab Sərgisi başlanıb. Burada 70000-dən çox kitab 70%-dək endirimlə satışa çıxarılıb. Sərgidə kitab təqdimatları, yerli və xarici yazarlarla görüşlər, imza günləri, panel müzakirələri, poeziya axşamları da keçirilir. Sərgidə nəşriyyatlar, yayım şirkətləri, yaradıcı təşkilatlar,əl işləri ilə məşğul olan sənətkarlar öz məhsullarını ziyarətçilərə təqdim edirlər. Belə tədbirlərin təşkilində məqsəd ölkəmizdə kitaba, mütaliəyə, biliklərə marağı artırmaq,yaradıcı istedadlara dəstəkdir.
Bu xəbəri də oxu: NyuYork birjasında təbii qaz ucuzlaşıb
ABB də 5-ci Milli Kitab Sərgisinə tərəfdaşlıq dəstəyi göstərir. Sərginin açılış mərasimində çıxış edən ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, Vətəndaşlıq məsuliyyəti ABB-nin əsas korporativ dəyərlərindəndir: "Müxtəlif layihələrimizlə bilik və bacarıqlar qazanmaq imkanlarını hər kəsə əlçatan edirik. Bununla ölkəmizin gələcəyinə töhfə verməyə çalışırıq. İnsanları kitaba, mütaliəyə alışdırmaq bir cəmiyyətin gələcəyinə ən böyük faydadır. Ona görə ABB olaraq 5-ci Milli Kitab Sərgisinə tərəfdaşlıq dəstəyi göstəririk".
Sərgidə ABB-nin xüsusi stendi var. Ziyarətçilər burada Bankın məhsul və xidmətləri ilə də tanış ola bilirlər. Sərgi 4 iyuna qədər davam edəcək. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə sərginin körpə ziyarətçilərini maraqlı sürprizlər gözləyir. Sərgiyə giriş ödənişsizdir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Mayın 29-dan 30-dək Bakıda "Təhlükəli yüklərin daşınması" m
Bu yaxınlarda əməkdaşlığımızı genişləndirməyə başladığımız sah
Bu gün apardığımız müzakirələr zamanı (İsrail Prezidenti ilə - red.)
Xəbər verdiyimiz kimi, dünən Xəzər rayonu ərazisində - Pirallahı şose
Bir neçə gün əvvəl itkin kimi axtarışa verilmiş 25 yaşlı qız intihar
Bəzi iqtisadi göstəricilər (Azərbaycanla İsrail arasında - red.) ticarət
Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövr
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərcləri 36568,8 milyon
Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin kəsiri 210,0 milyon ma
İsrail Prezidentinin səfəri ikitərəfli münasibətlərimizi daha da gücl�
Amerikalı aktyor Leonardo Di Kaprio dostları ilə birlikdə yaxtada dincəlm�
İsraillə Azərbaycan arasında tərəfdaşlıq Sizin qeyd etdiyiniz və bizim
İran Xalq Mücahidləri Təşkilatına yaxın olan "Rejimi devirmək üç�
Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri gözlənilir.