İlham Əliyev ToğanalıKəlbəcərİstisu avtomobil yolunda inşa edilmiş tunellər və KəlbəcərLaçın avtomobil yolunda görülən işlərlə tanış olub
Siyasət 27 May 2023 19:25:00 212 0
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.
Bu xəbəri də oxu: Bayden Azərbaycana təşəkkür etdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər haqqında məlumat verdi.
Bildirildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.
Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişə imkan yaradacaq.
Məlumat verildi ki, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaq.
Prezident İlham Əliyevin liderliyində Azərbaycan milli maraqlarına uyğun o
Sehrbaz Harri Porterdən bəhs edən filmlər barədə yəqin ki, eşitməyən
Bir çox məşhur geyim və ya aksesuar düşündüyümüz qədər zərərsiz de
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın ra
"Uniqlo fanny" çantaları 2023-cü ilin ən məşhur qarderob əşyal
Ermənistan dövlət sərhədinin Zəngilan istiqamətinə təxribat-diversiya q
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşi
Gəncə şəhərində 1996-cı il təvəllüdlü Səmayə anasının sevgilisi V
Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaş
Ukrayna Silahlı Qüvvələri quru əməliyyatı aparmadan Krımı işğaldan az
Arıqlamaq istəyən bir çox insanın istifadə etdiyi üsullardan biri də bit
Almaniya Ukraynaya təhvil verilənləri əvəz etmək üçün "Kraus-Maffe
Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə a�
Avropa İttifaqı ölkələrində istehlak kreditlərinin faizi 3-5%-dən yüks�