Günün qoroskopu: Təxribatlara uymayın


Digərləri 27 May 2023 00:01:00 218 0

Günün qoroskopu: Təxribatlara uymayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - çətinliklər və problemlərdən xali olmayan gündür. Amma uğursuz zaman da deyil. Başladığınız işləri tez başa vuracaq, nailiyyətlər əldə edəcəksiniz. Mühüm işləri yarımçıq qoymayın. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın.

Günün ikinci yarısında dəyərli təcrübə və önəmli məlumatlar əldə edə bilərsiniz.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Aktiv istirahət, gəzinti və idmanla məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər.

Axşam saatlarında normal istirahət edin. Sevdiyiniz insanı sevindirməyi unutmayın.  

Buğa - diqqətli olun. Əsas məsələni unudaraq ikinci dərəcəli detallara həddən ziyadə fikir verməyin. Çoxsaylı, amma qeyri-ciddi səhvləri istisna edin. Sənədlərlə çalışmaq, mürəkkəb hesablamalarla məşğul olmaq üçün münasib zaman deyil.

Günün ikinci yarısında işgüzar danışıqlar pis keçməyəcək. Nüfuzlu insanlarla ünsiyyət gözlənilən nəticəni verəcək.

Yeni tanışlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Maliyyə məsələləri ilə bağlı mühüm qərarlar qəbul etməyin, anlaşma və ya sövdələşmələri ertələyin. İşgüzar duyumunuz bu gün sizə xilaf çıxa bilər.

Yaxınlarınızla əlaqədə olun. Mühüm, təcili xəbər gələ bilər.

Əkizlər - öz problemlərinizi unutmağa çalışaraq başqalarının müşküllərinin çözülməsinə həddən ziyadə vaxt ayırmayın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım istəyir, kömək diləyirlər. Amma sizdən sui-istifadə etmək, yararlanmaq niyyətində olanlar da var.

Günün ikinci yarısında maraqlı tanışlıqlar ola bilər. Ancaq təmaslarda sərvaxt olun. Mənasız, yaltaq, həyasız insanlardan uzaq durun.

Gəlirlər və maraqlı işgüzar təkliflər istisna deyil. İş üçün münasib zamandır. Səfər və ya səyahət uğurlu alınacaq. Şəraitin dəyişməsi emiosional durumunuza müsbət təsir edəcək.

Xərçəng - müsbət təmayüllərin təsiri artır. Başladığınız işlərdə və layihədə uğura nail ola bilərsiniz. Bədxah və rəqiblərinizin arasında bir neçəsi irəliləyişinizi görərək susmağa, passivliyə üstünlük verirlər. İndiyədək sizdən uzaq duran şəxslər tərəfdaşlıq və əməkdaşlıq təklif edirlər.

İşgüzar danışıqları və görüşləri günün ilk yarısında başa vurun.

Günün ikinci yarısında müstəqil şəkildə, təkbaşına çalışın. Diqqətli olun, acı yanlışlıqlara yol verməyin.

Axşam saatları fiziki təmrinlər və idmanla məşğul ola bilərsiniz. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın.

Şir - işdə münaqişələrə yol verməməyə çalışın. Hətta ən kiçik münaqişə və ya qarşıdurma belə, işdə rəhbərliklə, həmkarlarla münasibətləri korlaya bilər.

İşgüzar danışıqlara, yeni sifarişin müzakirəsinə tək yollanmayın. Yanınızda sizinlə həmfikir insan olarsa, mövqelərinizi daha səbatlı, daha asan müdafiə edə bilərsiniz.

Günün ikinci yarısında maliyyə itkiləri, planlaşdırılmamış itkilər istisna deyil.

Yaxınlarınızla təmaslarda səmimi, həssas olun. Fikirlərinizi gizlətməyin, amma qabalıq da etməyin. Önəmli vədlər verməyin. Onları yerinə yetirmək düşündüyünüzdən də çətin olacaq.

Qız - peşəkar fəaliyyət baxımından uğurlu gündür. İşlərinizdə irəliləmək, çoxdankı rəqibi geridə qoymaq şanslarınız var. Yeni işə, layihəyə başlamaq olar. Gəlir mənbələrinin sayını artırmağa çalışın.

Günün ikinci yarısında maliyyə fonu daha yaxşı olacaq. Artıq unutmağa başladığınız borcu qaytaracaqlar.

Axşam saatlarında yeni münasibətlərə başlamaq olar. İntuisiyanız iti olsun, ilk dəfə gördüyünüz insanın kimliyini az sonra anlamağa çalışın.

Səfərlər pis alınmayacaq.

Gəzintiyə də çıxa bilərsiniz.

Tərəzi - sadə, rahat bir gündür. Maraqlı təsadüflər və uğurlu hadisələr yaşanacaq. Gərəkli istiqamətdə hərəkət edin. Belədə yolunuzda sədlər və maneələr yaranmayacaq. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədikləri işləri başa vura bilərsiniz. Ən yaxşı peşəkar bacarıqlarınızı və məziyyətlərinizi karyeranıza təsir edə biləcək insanlara nümayiş etdirin.

Günün ikinci yarısında anlaşma və sövdələşmələri müzakirə etmək, müqavilə imzalamaq olar.

Emosional fon əlverişlidir. Nikbin və aktiv olun. Pozitiv emosiyalarınızı ətrafınızdakı insanlarla paylaşın. Bu günədək sizə diqqət yetirməyə insanlar indi ünsiyyətə, təmaslara can atırlar.

Əqrəb - gün uğursuz alına bilər. Problem situasiyada və ya hadisələrin inkişaf məcrasında yox, gözləntilərinizlə bağlıdır. Gözləntiləriniz isə çox yüksək, duruma və perspektivlərə adekvat deyil.

Bütün gözləntilərin dərhal həyata keçməməsi ehtimalı ilə razılaşın. Belədə rahatlaşacaqsınız.

Günün ikinci yarısında məqsədə doğru düşünülmüş şəkildə, astadan irəliləyin. Təxribatlara uymayın. Hər addım yaxşı götür-qoy ediləndən sonra atılmalıdır. Şəxsi münasibətilərdə ehtiyatlı olun.

Axşam saatlarında alış-verişə çıxmaq, çoxdan almaq istədiyiniz əşyaları almaq olar. Bəzi ev işlərini ertələyərək maraqlandığınız məsələ ilə məşğul olmaq olar. Pozitiv emosiyalara ehtiyacınız var.

Oxatan - qarışıq, ziddiyyətli gündür. Uğurlar və nailiyyətlər olacaq. Amma nə isə sizi narahat edir. "Nazik buz" üzərində gəzdiyiniz, az sonra hansısa pis hadisənin baş verəcəyi gözləntisi sizdə ciddi nigaranlıq, narahatlıq yaradır. Hisslərinizin əsiri olmayın. İşlərin real durumu o qədər də pis deyil. Problem uğursuz emosional fondadır.

Günün ikinci yarısında sakit olun, sınanmış metodlardan vaz keçməyin. Əhvalınızı korlamayın. Meditasiya və yoqa ilə məşğul olmaq mümkündür. SPA-prosedurlar və idman da pis deyil.

Axşam saatlarında alış-verişə çıxmaq olar. Dostlarla ünsiyyətə vaxt ayırmağı unutmayın.

Oğlaq - sakit, rəvan gündür. İşlərinizlə münasibətlərinizdə köklü dəyişikliklər olmayacaq. Peşəkar fəaliyyətlə bağlı planları reallaşdırmaq, başladığınız işləri bitirmək şansları var.

Günün ikinci yarısında sərvaxt, detallara və xırdalıqlara diqqəli olun. Məqsədə doğru sınanmış, etibarlı yollarla gedin. Kənar yollara çıxaraq eksperimentlər keçirməyin.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Situasiyadan yararlanaraq rəğbət bəslədiyiniz insanla təmasları bərpa edin.

Dolça - inadkar, qətiyyətli olun. Peşəkar fəaliyyət müstəvisində və şəxsi münasibətlər sahəsində irəliləyişə nail ola bilərsiniz. Mürəkkəb tapşırıqlar və çətin məsələlərin öhdəsindən gəlməyə çalışın. Yaşanan hadisələrlə formalaşmış situasiyanın əsl səbəblərini, məzmununu anlamağa can atın. Yaxın ətrafınızdakı insanların görə bilmədikləri qanunauyğunluqları sezin.

Günün ikinci yarısı əmlak və maliyyə ilə bağlı problemlərin həlli üçün əlverişlidir. Ən çətin ixtilafları çözməyə səy göstərin.

Yaxınlarınızla münasibətləri rəvan etməyə can atın. Ailə üzvlərindən birinin istəklərini qulaqardına vurmayın. Başqalarının zəifliklərinə güzəştli yanaşma mənasız mübahisə və ixtilafların qarşısını ala bilər.

Balıqlar - kimsəyə imkan verməyin ki, sizi yanıltsın, aldatsın. Sağlam məntiqə əsaslanın. Təxribatlara uymayın, manipulyasiya qurbanı olmayın. İşgüzar danışıqlar və müzakirələr üçün münasib zamandır. Mövqelərinizi səbatlı şəkildə müdafiə edin, qarşı tərəfin qarşısına arqumentlər qoyun.

Günün ikincim yarısı səfər və ya səyahət üçün sərfəlidir. Yalnız əyləncə, istirahət barədə düşünməyin.

Yeganə ciddi problem ailə üzvləri və ətrafınızdakı insanlarla xoş münasibətləri qorumaqdır.

Buna nail olmasanız, təşvişə düşməyin. Sizdə emosional diskomfort yaradan şəxslərlə təmasları minimuma endirin.

Son.az

"Fuat" serialdakı cənazə səhnəsi üçün lokum payladı  FOTO like
  • 26 May 23:52  
Şou-biznes "Fuat" serialdakı cənazə səhnəsi üçün lokum payladı FOTO

Xəbər verdiyimiz kimi, "Yalı çapkını" serialında "Fuat&quo

arrow Ətraflı
"Chrome"un köhnə versiyalarında bu funksiya dayandırılacaq like
  • 26 May 23:44  
Digərləri "Chrome"un köhnə versiyalarında bu funksiya dayandırılacaq

"Chrome" brauzerin köhnə versiyalarında Google tərcümə (Google T

arrow Ətraflı
Beyonsun mahnısını oxuyan tutuquşu  VİDEO like
  • 26 May 23:35  
Digərləri Beyonsun mahnısını oxuyan tutuquşu VİDEO

Britaniyanın Linkolşir qraflığındakı heyvanxanada yaşayan tutuquşu sosia

arrow Ətraflı
Kür çayında 2 gün əvvəl batan azyaşlı ilə bağlı YENİ XƏBƏR like
  • 26 May 23:23  
Digərləri Kür çayında 2 gün əvvəl batan azyaşlı ilə bağlı YENİ XƏBƏR

Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən h

arrow Ətraflı
Sumqayıtda xəstəxanadan 46 min manatlıq oğurluq olub  VİDEO like
  • 26 May 23:16  
Kriminal Sumqayıtda xəstəxanadan 46 min manatlıq oğurluq olub VİDEO

Sumqayıtda Psixiatriya Xəstəxanasından dəyəri 46 min manat olan kompüter

arrow Ətraflı
Braziliya Prezidenti Rusiyaya getməkdən imtina etdi like
  • 26 May 23:05  
Dünya Braziliya Prezidenti Rusiyaya getməkdən imtina etdi

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Rusiya Prezidenti Vladimir Putin

arrow Ətraflı
Bəzi avtomobillərin qiyməti artıb  VİDEO like
  • 26 May 22:41  
Digərləri Bəzi avtomobillərin qiyməti artıb VİDEO

Avtomobil bazarında dəyəri 20 min manatadək olan avtomobillərin qiyməti ar

arrow Ətraflı
Ceyhun Bayramov Müqəddəs TaxtTacın Azərbaycandakı Apostol nunsisi ilə görüşüb  FOTO like
  • 26 May 22:35  
Siyasət Ceyhun Bayramov Müqəddəs TaxtTacın Azərbaycandakı Apostol nunsisi ilə görüşüb FOTO

26 may tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramo

arrow Ətraflı
Gəlin toyda HUŞUNU İTİRDİ like
  • 26 May 22:30  
Digərləri Gəlin toyda HUŞUNU İTİRDİ

Bavariya şahzadəsi Lüdviqin toyunda gəlin kilsədə huşunu itirib.

arrow Ətraflı
Tufan 12 nəfərin ölümünə səbəb oldu like
  • 26 May 22:21  
Dünya Tufan 12 nəfərin ölümünə səbəb oldu

Hindistanın qərbindəki Racastan ştatında tufan 12 nəfərin ölümünə, bi

arrow Ətraflı
Paşinyan terrora əl atdı: ermənilərə ölümcül cavab verilə bilər like
  • 26 May 22:12  
Siyasət Paşinyan terrora əl atdı: ermənilərə ölümcül cavab verilə bilər

Yekun sülh sazişinin imzalanması prosesində hadisələrin aktivliyi artdığ

arrow Ətraflı
"Jiquli" kanala aşdı, sürücü öldü  Masallıda like
  • 26 May 22:08  
Digərləri "Jiquli" kanala aşdı, sürücü öldü Masallıda

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Rəqsanənin kürəkəni azadlığa buraxıldı  Çünki... like
  • 26 May 21:51  
Şou-biznes Rəqsanənin kürəkəni azadlığa buraxıldı Çünki...

Bir neçə gün əvvəl həbs olunan müğənni Aysun İsmayılovanın keçmiş

arrow Ətraflı