Şagirdlərin buraxılış imtahanında aşağı nəticə göstərməsinin səbəbi açıqlandı
Digərləri 25 May 2023 16:44:00 218 0
Bu il keçirilən buraxılış imtahanlarında şagirdlər aşağı nəticə göstəriblər. Demək olar ki, bütün sualları doğru cavab verən yoxdur. İl keçdikcə nəticələr heç də ürəkaçan olmur.
Bu xəbəri də oxu: BDUnun 95 yaşlı kafedra müdiri
Bəs şagirdlərin buraxılış imtahanında belə aşağı nəticə göstərməsinin səbəbi nədir?
Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz.
"DİM tərəfindən keçirilən qəbul imtahanlarında 2 və daha artıq abituriyent eyni balı topladıqda attestatında göstəriciləri yüksək olan seçdiyi ixtisasa qəbul olunur. Bu zaman fərqlənmə attestat abituriyent üçün köməklik göstərir. Lakin, fərqlənmə attestatı abituriyentə ali məktəblərə qəbul prosesində müsabiqədən kənar seçim imkanı yaratmır. Tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 96.27%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 30.82%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir", - deyə K. Əsədov qeyd edib.
Ekspert bildirib ki, şagirdlər əvvəllər yalnız ali məktəbə qəbul zamanı seçdikləri qrup üzrə nəzərdə tutulan fənləri oxuyur, digər fənlərə ögey münasibət bəsləyirdilər.
"Mərkəzləşdirilmiş imtahanlar şagirdlərin əsas təlim fənlərinə münasibətini dəyişib, məsuliyyətini artırıb. Eyni zamanda, müəllim və valideynlərin sıx əməkdaşlığına, faydalı ünsiyyət mühitinin yaradılmasına, X-XI siniflərdə davamiyyətin yaxşılaşmasına, cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılmasına səbəb olub. İndi həm şagirdlərə, həm də valideynlərə aydındır ki, tam orta təhsil haqqında attestat almaq üçün yeganə meyar bilikdir.
Bu gün Azərbaycanda oxuma-yazma bacarığı 100%-ə çatıb. Bu dünyada ən yüksək nəticələrdən biridir. Amma eal rəqəmlər odur ki, məktəblərin böyük qismində tədris normal aparılmır, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır" - deyə o əlavə edib.
Aktyor Ceymi Foks insult keçirdiyi üçün Kameron Diazla çəkildiyi "Bac
Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə icl
Xəbər verdiyimiz kimi, tanınmış müğənni Rəqsanə İsmayılovanın qız�
Paytaxt ərazisində "Uber" və "Bolt" taksi şirkətlərini
Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdı
Müğənni Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilovun hə
Hər il 10 mindən çox şəxs magistratura imtahanında iştirak üçün mürac
Rumıniyanın Prezidenti Klaus Verner İohannis Prezident İlham Əliyevə məkt
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mər
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliy
Xəbər verdiyimiz kimi, rusiyalı məşhur model İrina Şeyk 76-cı Kann Film
V.Putin və İ.Rəisinin videokonfrans vasitəsi ilə iştirakı ilə Rəşt-Ast