Yaşar Əliyev Ermənistan XİN rəhbərinin müavininin yalanlarından danışıb
Siyasət 24 May 2023 07:47:00 221 0
Ölkəmə qarşı otuz ilə yaxın təcavüzü zamanı Ermənistan çoxsaylı hərbi cinayətlər törətmiş, nəticədə on minlərlə dinc sakin həlak olmuş, kütləvi etnik təmizləmə aparılmış, yaşayış məntəqələri dağıdılmış və mədəniyyət məhv edilmişdir.
Bu xəbəri də oxu: Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi
Son.az Trend-ə istinadən bildirir ki, bu fikirləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda İsveçrənin sədrliyi ilə çağrılan Təşkilatın Təhlükəsizlik Şurasının "Silahlı münaqişələrdə mülki əhalinin müdafiəsi" mövzusuna həsr olunmuş çıxışı zamanı deyib.
Səfir bildirib ki, bu vəhşiliklərin miqyasını münaqişə ilə bağlı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşı, o cümlədən Ermənistanın taleyinə aydınlıq gətirməkdən çəkindiyi 719 mülki şəxs də sübut edir.
"Azərbaycanlı əsirlərin əksəriyyəti döyülüb, şikəst edilib, aclıq və təhqir kimi ağır işgəncələrə məruz qalıb. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş çoxsaylı vəhşiliklərin günahkarları beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymadan cəzasız qalmağa davam edirlər", - deyə o bildirib.
Yaşar Əliyevin sözlərinə görə, münaqişə zamanı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq mülki əhalini və mülki infrastrukturı hədəf alıb.
Səfir münaqişənin sona çatmasına baxmayaraq, Ermənistanın hələ də Azərbaycan ərazisinə yerləşdirdiyi minalar haqqında məlumat vermədiyini diqqətə çatdırıb.
Diplomat Ermənistanın xarici işlər nazirinin müavininin çıxışı zamanı verdiyi yalan bəyanata da aydınlıq gətirib:
"Həmin bəyanatda Laçın-Xankəndi yolunun "blokadası", Azərbaycanın Qarabağ iqtisadi rayonunda elektrik enerjisi və təbii qazın kəsilməsi və etnik təmizləmə, "soyqırımı niyyəti" ilə bağlı iddialar açıq-aşkar yalan və təxribat xarakterlidir. Azərbaycan heç vaxt sakinlərin yolda sərbəst hərəkətə, eləcə də, ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəyə və Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilmiş sübutlar da təsdiqləyir.
Sərhəd-keçid məntəqəsinin yaradılmasına gəlincə, bu, hər hansı digər dövlətin öz sərhədlərini qorumaq və müdafiə etmək və sərhəd nəzarətini qurmaq hüququ kimi Azərbaycan Respublikasının danılmaz suveren hüququdur. Bu hüquq ərazi suverenliyi və bütövlüyünün təməl prinsiplərinə və Azərbaycanın yol boyu hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək vəzifəsinə əsaslanır. Təhlükəsizlik Şurası dəfələrlə təsdiqləyib ki, ölkələrin sərhədlərinin təhlükəsizliyi üzv dövlətlərin suveren səlahiyyətidir. Ermənistan anlamalıdır ki, dezinformasiya sülh, sabitlik və barışıq məqsədlərini sarsıdır", - daimi nümayəndə vurğulayıb.
Dünyaca məşhur milyarder İlon Mask necə məhsuldar qaldığının sirrini b
Türkiyədə yaşayan azərbaycanlı bədbəxt hadisə nəticəsində vəfat edi
Almaniya Ukraynaya 54 ədəd "Vektor" kəşfiyyat PUA-sı, çoxfunksiy
Ermənistan Baş naziri Nikol Paşinyanın "Qarabağ da daxil olmaqla, Azə
GAAGA memarlıq bürosu CB005 adlı taunhausun layihə müəllifidir.
Belqorod vilayətinə daxil olan ukraynalı diversantları əsir götürmək olm
Bu il Lamborghini markası daxili yanma mühərriki ilə təchiz edilmiş son mo
Evində kondisioner quraşdırmaq istəyən qadın divardakı ventilyasiya kanal
İstirahət etmək üçün parka gedirsən amma, oturmağa yer tapmırsan. Payta
Rusiyalı məşhur model İrina Şeyk 76-cı Kann Film Festivalının növbəti
Elə bilməyin ki, tək qadınlar qısqanclıqda peşəkarlaşıb. Əsla. Xanım
Abxaziyada Suxuminin mərkəzində silahlı atışma nəticəsində Türkiyə v�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Belarus Prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı şayiələrə m