İlk Lamborghini elektrokarı FOTO
Digərləri 24 May 2023 06:06:00 299 0
Bu il Lamborghini markası daxili yanma mühərriki ilə təchiz edilmiş son modelini buraxacaqdır. Bundan sonra, italyan istehsalçısı elektriklşdirilmiş güc qurğuları il təchiz edilmiş avtomobillər xəttinin inkişafı ilə məşğul olacaqdır. Sırf elektrik güc qurğusu ilə hərəkətə gələcək superkarın debütü isə 2028-ci ilə planlaşdırılır. Buna baxmayaraq, Britaniyanın "Autocar" nəşri üzərində çalışmaların başlanmadığı elektrokar barədə bəzi məlumatları əldə edib.
Bu xəbəri də oxu: “TikTok”da canlı açıb qumar oynayırlar
Son.az autograph.az-a istinadən bildirir ki, Lamborghini elektrokarı hündür klirensi və oturma mövqeyi ilə seçilən avtomobil olacaqdır. Elektrokarın salonu dörd nəfərə hesablanıb və böyük ehtimalla, söhbət 2+2 oturacaq formuluna malik olan krossoverdən gedir. Jurnalistlərlə söhbət zamanı, italyan markasının rəhbəri Stefan Vinkelman modeli "bu günə qədər Lamborghini tərəfindən yaradılmış modellərdən radikal şəkildə fərqlənən" avtomobil kimi səciyyələndirib.
Vinkelman italyan markasının artıq on illərdir ki, "2+2 oturacaq formulu olan avtomobillər seqmentində çıxış etmədiyini" qeyd edib. Bu həqiqətən də belədir - Lamborghini markasının 2+2 oturacaq formulu olan son avtomobili 1979-cu ildə debüt etmiş dördyerli Urraco modeli idi.
Şirkət hələlik gələcək elektromobilin yaradılmasının ilk mərhələsinə belə başlamayıb - çalışmalara cari ilin sonunda start veriləcəkdir. Eyni zamanda, italyan markası avtomobilin son konsepsiyasını, onun mövqeləndirilməsi və dizayner konsepsiyasını müəyyənləşdirməlidir. "Söhbət təkcə qabaritlər, qiymət siyasəti və kuzov növündən deyil, həm də digər aspektlərdən gedir", - Lamborghini şirktinin rəhbəri bildirib.
Lamborghini markasının ilk elektromobilinin ardınca yalnız elektrik mühərrikləri ilə hərəkətə gələcək ikinci nəsil Urus krossoveri işıq üzü görəcəkdir. Yeni Lamborghini Urus krossoveri üçün daxili yanma mühərrikləri ümumiyyətl nəzərdə tutulmayıb. Xatırladaq ki, Urus krossoveri 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkizsilindrli biturbo mühərrik ilə təchiz edilir. Krossover 100 km/saat həddini 3,6 saniyəyə toplayır və maksimal 305 km/saat həddinə qədər sürətlənir.
Evində kondisioner quraşdırmaq istəyən qadın divardakı ventilyasiya kanal
İstirahət etmək üçün parka gedirsən amma, oturmağa yer tapmırsan. Payta
Rusiyalı məşhur model İrina Şeyk 76-cı Kann Film Festivalının növbəti
Elə bilməyin ki, tək qadınlar qısqanclıqda peşəkarlaşıb. Əsla. Xanım
Abxaziyada Suxuminin mərkəzində silahlı atışma nəticəsində Türkiyə v�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Belarus Prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı şayiələrə m
Vaxtilə keçmiş ANS TV-də yayımlanan "Səhrada məhəbbət" serial
"Gənclər mahnılarımı oxumaq üçün mənə zəng edib, icazə alırlar
ATV-nin "El Canlı" proqramında qonaq olan müğənni Amina maraq
"WhatsApp" messenceri istifadəçilərə mesajları göndərildikdən
Azərbaycanda əkin sahələri azalıb. Baxmayaraq ki, bu gün ölkədə 4 milyo
Türkiyəli müğənni Ajda Pekkan Sarıyer bölgəsində yerləşən lüks mali