800 milyon insan bel ağrısından əziyyət çəkəcək
Digərləri 23 May 2023 20:08:00 355 0
Sidney Universiteti, Vaşinqton Universiteti Tibb fakültəsi və digər təşkilatların mütəxəssisləri 2050-ci ilə qədər 800 milyon insanın bel ağrısından əziyyət çəkəcəyi qənaətinə gəliblər.
Bu xəbəri də oxu: Ən faydalı meyvə və giləmeyvələr SİYAHI
Son.az lent.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri tibb jurnalı "The Lancet Rheumatology"də dərc edilib.
Müəlliflər 1990-cı ildən 2020-ci ilə qədər 204 ölkədən tədqiqat iştirakçılarının daxil olduğu məlumatların təhlilini aparıblar. Bu, zamanla dəyişən bel ağrısı şikayətləri olan xəstələrin dinamik xəritəsini yaratmağa imkan verib.
Alimlər müəyyən ediblər ki, 2017-ci ildən bəri belə halların sayı yarım milyard insanı ötüb. 2020-ci ildə bel ağrısından əziyyət çəkən təxminən 619 milyon xəstə olub. Çox vaxt qadınlar bel ağrısından əziyyət çəkiblər.
Əldə edilən məlumatlara əsasən, 2050-ci ilə qədər bel ağrısı şikayətlərinin sayı demək olar ki, 50 faiz artacaq. Ən çox yoluxma Asiya və Afrikada qeydə alınacaq. Dünyada ümumilikdə 843 milyon insan bu xəstəlikdən əziyyət çəkəcək - əsasən əhalinin sayının artması və qocalması səbəbindən. Bu, gələcəkdə bel ağrısının yayılmasının modelləşdirilməsi üçün istifadə edilən ilk araşdırmadır.
Komanda bel ağrısının idarə edilməsinə ardıcıl yanaşmanın olmaması və məhdud terapevtik seçimlərin sağlamlıq böhranına səbəb ola biləcəyinə inanır, çünki bel ağrısı dünyada əlilliyin əsas səbəbidir.
Gəncədə 40 manat borca görə dostunu təhqir edən şəxs 150 manat cərimə
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfind
Rusiyalı fitnes bikini çempionu Arina Volfson Dağıstana gələrək İslamı
Azərbaycanda tikinti mövsümünün başlaması tikinti materiallarının qiym�
Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş qərara
"Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeyts keçmiş həyat
Azərbaycanın rayonlarında mayın 24-ü gündüz, 25-də əsasən dağlıq və
Aparıcılığını Tural Əsədovun etdiyi "Sükut oyunu" verilişi b
Toyda biabırçı olay yaşanıb.
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 1970-2021-ci illər arasında ekstr
"Son nəsil" hərəkatının 10-a yaxın ekoloji fəalı İtaliyada n
76-cı Kann Beynəlxalq Film Festivalına qatılanlar arasında türkiyəli aktr
Nazirlər Kabineti "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolm
Azərbaycan Rusiyadan ən çox diri qoyun və keçi alan ölkədir. Belə ki, ş
10 ildən çoxdur ki, ölkəmizdə ürək transplantasiyasını həyata keçirm�