İrandan idxal edilən bibərdə uyğunsuzluqlar aşkarlandı
Digərləri 23 May 2023 19:48:00 281 0
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İran İslam Respublikasından idxal olunan bibər məhsullarından nümunələr götürülərək qida təhlükəsizliyi göstəriciləri üzrə müayinələrə cəlb edilməsi məqsədilə Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Bu xəbəri də oxu: Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü
AQTA-dan verilən məlumata görə, aparılan ekspertizanın nəticələrinə əsasən, İran İslam Respublikasından ixracatçı şirkətlər "Bazargani Amanj Sahragard"a məxsus "Green Fruit-22" MMC tərəfindən idxal olunan 12428 kq bibər məhsulunda "Carbendazim"in, "Azin Pishro Azarin"a məxsus "Dry Fruits" MMC tərəfindən idxal edilən 6650 kq bibər məhsulunda "Etoxazole"un, "Rahim Moradian"a məxsus Hüseynov Şahverən Hüseynqulu tərəfindən idxal olunan 8250 kq bibər məhsulunda "Etoxazole"un, "Vahid Rezael Pour"a məxsus "Dry Fruits" MMC tərəfindən gətirilən 13165 kq bibər məhsulunda "Carbendazim"in, "Rasool Soleymanpour"a məxsus "Şaiqoğlu" MMC tərəfindən idxal olunan 6000 kq bibər məhsulunda isə "Acetamiprid"in maksimum qalıq miqdarı üzrə ümumilikdə, 46493 kq (netto) məhsulda uyğunsuzluq (pestisid qalığı) aşkarlanıb.
Bununla əlaqədar, Agentlik tərəfindən İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyi - Cahad bitki mühafizə təşkilatına uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib. Buna baxmayaraq, təəssüflə qeyd edirik ki, uyğunsuzluqların aşkarlanması halları davam etməkdədir.
Aşkarlanan hallarla bağlı 2023-cü il 17 may tarixindən (həmin tarixə qədər sertifikatlaşdırılmış məhsullar istisna olmaqla) İran İslam Respublikasında fəaliyyət göstərən "Bazargani Amanj Sahragard", "Azin Pishro Azarin", "Rahim Moradian", "Vahid Rezael Pour" və "Rasool Soleymanpour" ixracatçı şirkətlərin, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən "Green Fruit-22" MMC, "Dry Fruits" MMC, Hüseynov Şahverən Hüseynqulu və "Şaiqoğlu" MMC-nin İran İslam Respublikasından Azərbaycan Respublikasına bibər məhsulunun idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan Respublikası ərazisinə idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı görülən tədbirlər haqqında Dövlət Gömrük Komitəsinə müvafiq məktub ünvanlanıb.
Rusiyalı fitnes bikini çempionu Arina Volfson Dağıstana gələrək İslamı
Azərbaycanda tikinti mövsümünün başlaması tikinti materiallarının qiym�
Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş qərara
"Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeyts keçmiş həyat
Azərbaycanın rayonlarında mayın 24-ü gündüz, 25-də əsasən dağlıq və
Aparıcılığını Tural Əsədovun etdiyi "Sükut oyunu" verilişi b
Toyda biabırçı olay yaşanıb.
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 1970-2021-ci illər arasında ekstr
"Son nəsil" hərəkatının 10-a yaxın ekoloji fəalı İtaliyada n
76-cı Kann Beynəlxalq Film Festivalına qatılanlar arasında türkiyəli aktr
Nazirlər Kabineti "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolm
Azərbaycan Rusiyadan ən çox diri qoyun və keçi alan ölkədir. Belə ki, ş
10 ildən çoxdur ki, ölkəmizdə ürək transplantasiyasını həyata keçirm�
Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əm�
Müğənni Nazənin Salayeva mərhum kriminal avtoritet, "qanuni oğru"