Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistana beynəlxalq festivala yollanıb
Kriminal 23 May 2023 17:22:00 278 0
Bu xəbəri də oxu: Bakıda kompleksə basqın: 10 min apardılar
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasına beynəlxalq festivala yollanıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatr "Birinci Beynəlxalq "Avrasiya" teatr" festivalında İsveç dramaturqu Lars Norenin "Müharibə" pyesi əsasında hazırlanmış "Mən gəldim qızlar" tamaşası ilə çıxış edəcək.
Əsərdə müharibədə gözləri kor olmuş, ancaq ümidini itirmədən səbirlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın iki ildən sonra ailəsinin yanına qayıtmasından və gözlənilməz hadisələrlə qarşılaşmasından bəhs olunur.
Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin gətirdiyi ağrı və acıları, mənəvi sarsıntıları görmək mümkündür.
İkihissəli tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.
Tamaşada əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Kəmalə Hüseynova, Rasim Cəfər, aktyorlar Səbinə Məmmədzadə, Zümrüd Quliyeva ifa edirlər.
Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal K�
Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala-Balakən Bios
Dövlət Miqrasiya Xidmətinin işçilərinin say həddi artırılıb.
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yolux
Rəcəb Tayyib Ərdoğan Türkiyənin 13-cü prezidenti olmalıdır.
Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin
Azərbaycanda toylarda sifariş olunan ərzaqlarla bağlı normaların tətbiq o
ATV-nin "7 Canlı" proqramında qonaq olan aşıq Namiq Fərhadoğl
"Rusiya müharibəni sona çatdırmağa çalışır".
Ağdamda İmarət adlanan ərazidə xan nəslinə aid 30-dan artıq qəbir tapı
Şəki ölkənin ən çox taxıl əkilən rayonlarından biridir. Ölkəmizdə t
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübariz�
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliye