Azərbaycanda Əməyin Mühafizəsi Mərkəzi yaradılır
Siyasət 23 May 2023 14:50:00 259 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxsi yaradılır.
Bu xəbəri də oxu: İlham Əliyev Kəlbəcərin azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, nazirlik Mərkəzi iki ay müddətində yaratmalı və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Müəyyən edilib ki, Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərən, eləcə də bu sahələrdə təlimlər keçirilməsini, məsləhət verilməsini və metodiki dəstəyi təmin edən publik hüquqi şəxsdir.
Mərkəzin təsisçisinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Mərkəzin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi və onlarda dəyişiklik edilməsi, idarəetmə orqanlarının yaradılması, strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi, habelə Mərkəzin yenidən təşkili və ləğvinə münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər məsələlərə münasibətdə isə Xidmət həyata keçirir.
Mərkəzin saxlanma xərcləri və fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdirilir:
- Dövlət Əməyin Mühafizəsi Fondundan ayırmalar;
- fəaliyyətindən əldə edilən gəlir;
- qanunla qadağan olunmayan digər mənbələr.
Ölkənin rəsmi moda həftəsinin 14-cü mövsümünün açılışında - Azerb
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Dənizkənarı Milli P
Sultan Ağami oğlu Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasın
Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığ
Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlə
Bu gün saat 11:50 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-y�
Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Birləşmiş Mill
Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəla
Aprel ayında Bakıda mənzil bazarında da qiymət artımları davam edib.
ATV-nin "Günün Sədası" proqramında qonaq müğənni Ariz gələ
"Prezident İlham Əliyevin Litva mətbuatına verdiyi açıqlama dövləti
Ermənistan baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransında səs
Fərdi məlumatların qorunması dövrümüzdə prioritet məsələlərdən biri
Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə dövlətlərin ərazi bütö