“Azərbaycanın sülh siyasəti bütün regionun gələcəyinə töhfə verəcək”
Siyasət 23 May 2023 13:46:00 282 0
"Prezident İlham Əliyevin Litva mətbuatına verdiyi açıqlama dövlətimizin sülhə, tərəqqiyə verdiyi önəmi göstərir".
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Azərbaycan 30 ildir ki, işğaldan əziyyət çəkən dövlət kimi sülhün, sabitliyin önəmini yaxşı dərk edir və buna nail olmağa çalışır:
"Prezident İlham Əliyev Litva mətbuatına açıqlamasında Azərbaycanın 30 il ərzində erməni faşizmindən, onun işğal siyasətindən necə böyük əziyyət çəkdiyini, bütöv kəndlərin, şəhərlərin amansızcasına məhv edildiyini vurğuladı. Işğal dönəmində bütün inzibati binaların, infrastrukturun, tarixi abidələrin belə dağıdıldığına diqqət çəkən dövlət başçısı, sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd etdi. Cənab Prezident vurğuladı ki, Azərbaycan sülh üçün bütün imkanlardan istifadə edir və gələcəkdə də öz səylərini davam etdirəcək.Dövlət başçısının bu açıqlaması bir daha dövlətimizin sülhə can atdığını, bütün regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasına çalışdığını əks etdirir.
Xatırladım ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində erməni faşizminə, onun terrorçuluq fəaliyyətinə böyük zərbə vurdu. Bu, Azərbayanın regionda sülhün təmin edilməsi istiqamətində atdığı mühüm addımlardan biri idi. Dövlətimiz bu gün də siyasi müstəvidə sülh səylərini davam etdirir. İnanıram ki, yaxın gələcəkdə bu səylər öz bəhrəsini verəcək və Azərbaycanın sülh siyasəti bütün regionun gələcəyinə böyük töhfə verəcək".
Cəlil Xəlilov Prezidentin Litva səfərində müzakirə edilən iqtisadi əmədkaşlığın da mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi:
"Bildiyiniz kimi, dövlət başçısı Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşündə iqtisadi əməkdaşlıqla da bağlı konkret təkliflər səsləndirdi, bu əməkdaşlığın önəminə toxundu. Dövlət başçısı Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinin iqtisadi baxımdan böyük fayda verəcəyini qeyd etdi, bunun mümkünlüyünü vurğuladı. Bundan başqa, Azərbaycanın Avropa İttifaqı və NATO ilə əmədkaşlığına Litvanın verdiyi dəstək də dövlət başçısı tərəfindən təqdir olundu. Hesab edirəm ki, Litva səfəri dövlətimizin maraqları baxımından mühüm əhəmiyyətə malikdir və bu səfərin nəticəsindən yaxın gələcəkdə hər iki dövlət böyük fayda əldə edəcək".
Ermənistan baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransında səs
Fərdi məlumatların qorunması dövrümüzdə prioritet məsələlərdən biri
Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə dövlətlərin ərazi bütö
Əməkdar artist Mətanət İsgəndərlinin makiyajsız görüntüsü yayılıb.
Samux rayonunda yaşayan və təsərrüfatla məşğul olan bir qrup sakin İTV-
Mayın 24-də hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu,əsa
Sahibkarların etibarlı tərəfdaşı olan ABB maliyyə xidmətlərini onlar ü
Meyxanaçı Rüfət Nasosnu pis vərdişlərindən xilas olmasından danışıb.
Sinan Oğanın Rəcəp Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turund
Banklara inamın nisbətən artdığı bir dönəmdə bağlanan daha bir bank. S
ATV-nin "Bizimləsən" proqramında keçirilən musiqi yarışmasın
Cari ildə İsrail xarici işlər naziri Eli Kohenin Azərbaycana səfəri çər
Azərbaycanın Litva ilə münasibətləri strateji əməkdaşlıq çərçivəsi
Paytaxtın Nəsimi rayonunda 19 saylı məktəbin şagird və müəllimləri tə