Azərbaycan XİN Ararat Mirzoyana cavab verib


Siyasət 23 May 2023 12:22:00 221 0

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

Mayın 22-də Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən növbəti dəfə səsləndirilmiş qərəzli fikirləri qətiyyətlə pisləyirik.

Bu barədə Son.az-a XİN-dən bildirilib.

Azərbaycanın "Laçın" sərhəd buraxılış məntəqəsi təsis etməsinin guya yolu bağladığı, bölgədə humanitar problemlər meydana gətirdiyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaratdığı, bunun "etnik təmizləmə siyasətinin" tərkib hissəsi olduğu barədə əsassız iddiaları Ermənistan rəsmilərinin dəfələrlə təkrarlaması bu ölkənin reallıqları saxtalaşdırmaq cəhdidir. Keçid məntəqəsindən həm erməni sakinlərin, həm Beynəlxalq Qızıl Xaç Komitəsinin, həm də Rusiya sülhməramlı kontingentinin şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə keçdiyi bəllidir.

Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirməsi, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin çağırışlarına zidd olaraq işğala son qoymaması və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqdan imtina etməsi BMT TŞ üzvü Böyük Britaniyaya yaxşı məlumdur. Beləliklə, Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti öz rəvayətləri ilə çaşdırmaq səylərindən əl çəkməlidir.

Bununla yanaşı, Azərbaycan ərazisinə beynəlxalq missiya göndərilməsinin Ermənistan tərəfindən hələ də təşviq olunması, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə Azərbaycan hökumətinin dialoquna hər vəchlə mane olması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Ermənistan bölgədə sülh və əminamanlıq tərəfdarıdırsa, bu kimi müdaxilələrə son qoymalıdır.

Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiasına gəldikdə qeyd edək ki, Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb. Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur.

Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Separatçılar Paşinyanı hədələdi  Qarabağda like
  • 23 May 12:20  
Digərləri Separatçılar Paşinyanı hədələdi Qarabağda

Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransında s

arrow Ətraflı
Füzulinin Yuxarı Seyidəhmədli kəndi ərazisindən 2 şəxsə aid qalıqlar tapıldı like
  • 23 May 12:17  
Digərləri Füzulinin Yuxarı Seyidəhmədli kəndi ərazisindən 2 şəxsə aid qalıqlar tapıldı

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki ş

arrow Ətraflı
İranın nüvə obyekti o qədər dərindədir ki… like
  • 23 May 12:13  
Digərləri İranın nüvə obyekti o qədər dərindədir ki…

İranın nüvə obyekti yerin o qədər dərinindədir ki, ABŞ-ın hava hücuml

arrow Ətraflı
Toy etmək istəyənlərin NƏZƏRİNƏ: like
  • 23 May 12:07  
Digərləri Toy etmək istəyənlərin NƏZƏRİNƏ:

Bakıda şadlıq saraylarında menyularda qiymət artımı müşahidə edilib.

arrow Ətraflı
LitvaAzərbaycan əlaqələrinin inkişafı gələcək üçün geniş imkanlar açır like
  • 23 May 12:03  
Siyasət LitvaAzərbaycan əlaqələrinin inkişafı gələcək üçün geniş imkanlar açır

Prezident İlham Əliyevin Litvaya səfəri, keçirdiyi görüşlər və aparıl

arrow Ətraflı
Canlı efirdə Mətanətin mahnısı kəsildi like
  • 23 May 12:01  
Şou-biznes Canlı efirdə Mətanətin mahnısı kəsildi

Əməkdar artist Mətanət İsgəndərlinin canlı efirdə başına iş gəlib.

arrow Ətraflı
Nəzarətsiz quyular kabusa çevrilir like
  • 23 May 11:50  
Digərləri Nəzarətsiz quyular kabusa çevrilir

Şüvəlanda bir yaşlı uşaq həyətdə dərinliyi 2 metr olan su quyusuna d�

arrow Ətraflı
Rusiyada vətəndaş müharibəsi başladı like
  • 23 May 11:39  
Digərləri Rusiyada vətəndaş müharibəsi başladı

Belqorod vilayətində ötən gün hərbi əməliyyatlar başladı. İki birlə�

arrow Ətraflı
İstanbulda 10dan çox İŞİD üzvü saxlanılıb like
  • 23 May 11:33  
Digərləri İstanbulda 10dan çox İŞİD üzvü saxlanılıb

Türkiyənin İstanbul şəhərində anti-terror əməliyyatı keçirilib.

arrow Ətraflı
Azərbaycanlı müğənninin bu açıqlaması başına bəla oldu like
  • 23 May 11:28  
Şou-biznes Azərbaycanlı müğənninin bu açıqlaması başına bəla oldu

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai B

arrow Ətraflı
İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrini qəbul edib like
  • 23 May 11:22  
Siyasət İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parl

arrow Ətraflı
“Aysunu döyüb, söyüşlər söyüb...” like
  • 23 May 11:21  
Şou-biznes “Aysunu döyüb, söyüşlər söyüb...”

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşanmasının səbəbini

arrow Ətraflı
TOGGun ilk ixracatı Skandinaviya ölkələrinə ediləcək like
  • 23 May 11:19  
Digərləri TOGGun ilk ixracatı Skandinaviya ölkələrinə ediləcək

Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un ilk ixracatı 2024

arrow Ətraflı
Antalyada sevgilisinə zorakılıq edən gəncin like
  • 23 May 11:16  
Digərləri Antalyada sevgilisinə zorakılıq edən gəncin

Türkiyənin Antalya şəhərində oğlan küçədə sevgilisinə qarşı zorak�

arrow Ətraflı