KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb
Digərləri 23 May 2023 10:31:00 189 0
Vilnüsdə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında imzalanmış Anlaşma Memorandumunda hər iki ölkənin KOB subyektləri arasında müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və sahibkarlara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili məsələləri nəzərdə tutulur.
Bu xəbəri də oxu: Bu gün Kəlbəcər Şəhəri Günüdür
Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Litva Respublikasının Prezidenti cənab Gitanas Nausedanın iştirakı ilə Litva - Azərbaycan biznes forumu keçirilib.
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, "LitFOOD" İxracın Təşviqi Agentliyi və Litva İnnovasiyalar Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri ilə yanaşı, sənaye, maliyyə, tikinti, kənd təsərrüfatı, turizm, neft-kimya, əczaçılıq və İKT sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.
Forumda təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ölkəmizdə KOB subyektlərinə göstərilən dəstək və xidmətlər, eləcə də Azərbaycan və Litva KOB-ları arasında əməkdaşlıq imkanları barədə məlumat verib.
Tədbir çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Litva İnnovasiyalar Agentliyinin nümayəndəsi İndre Balciunaite imzalayıblar. Memorandumda hər iki ölkənin kiçik və orta biznes subyektləri arasında müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və s. kimi məsələlər nəzərdə tutulur.
"Televiziyalardan ümumilikdə narazıyam. Bədii şuralar yox dərəcəsin
Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər
Rusiya Daxili İşlər Nazirliyi məşhur rusiyalı teatr və kino aktyoru Aleks
Bu gündən müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna star
Türkiyənin "Ata İttifaqı"ndan prezidentliyə keçmiş namizəd Sin
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbə
"Dünyada 2015-2021-ci illər arasında 3 milyon 100 min insan qətlə yeti
Bəzən elə görünə bilər ki, Çendu (Siçuan əyaləti, Çin) tədqiqat mə
ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Ağ Ev və ABŞ Konqresinin m
Bütün insanlar hədiyyə almağı sevirlər, amma başqalarından daha çox b�
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb mediasının ölkədəki se�
Nyu-York polisi "Türk Evi"nin ətrafında təhlükəsizlik tədbirlə