UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verdi
Siyasət 23 May 2023 10:54:00 220 0
UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib.
Bu xəbəri də oxu: Bakının uğuru: bəşəriyyət üçün 300 milyard
İcmadan Son.az-a verilən məlumata görə, Qərbi Azərbaycan İcması 27 mart 2023-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi.
İcma bu mövzuya beynəlxalq diqqəti cəlb etmək və UNESCO-nun bu məsələ ilə məşğul olmağa başlamasını təmin etmək üçün müvafiq xarici dövlətlər, beynəlxalq və regional təşkilatlar ilə davamlı təmaslar aparmışdır.
Bu kontekstdə, UNESCO İcmanın müraciətinə nəhayət rəsmi cavab vermişdir. Təşkilatın rəhbər şəxsinin imzaladığı məktubda indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğu vurğulanmış və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olduğu bildirilmişdir.
UNESCO-nun İcmaya göndərdiyi bu məktub indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə İcmanın mötəbər tərəf-müqabil kimi tanınması, o cümlədən, UNESCO ilə İcma arasında predmetli dialoq yolunda mühüm inkişafdır.
İcma indiki Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüquq normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirəcək.
Bakı və bakıətrafı ərazilərdə içməli su qıtlığı olmayacaq.
Balakən rayonunun Talalar kəndində ağır yanıq xəsarətləri alan 2 yaşl�
Türkiyədə iki gəlin maşını yaranmış tıxac səbəbi ilə yolda qalıb.
Vilnüsdə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində KOBİA
"Televiziyalardan ümumilikdə narazıyam. Bədii şuralar yox dərəcəsin
Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər
Rusiya Daxili İşlər Nazirliyi məşhur rusiyalı teatr və kino aktyoru Aleks
Bu gündən müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna star
Türkiyənin "Ata İttifaqı"ndan prezidentliyə keçmiş namizəd Sin
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbə
"Dünyada 2015-2021-ci illər arasında 3 milyon 100 min insan qətlə yeti
Bəzən elə görünə bilər ki, Çendu (Siçuan əyaləti, Çin) tədqiqat mə