Planetdə baş verən ölüm hallarının üçdəbiri BU SƏBƏBDƏN baş verir HESABAT


Digərləri 22 May 2023 20:22:00 231 0

Planetdə baş verən ölüm hallarının üçdəbiri BU SƏBƏBDƏN baş verir  HESABAT

Son illər ümumdünya səviyyəsində səhiyyə sahəsində əsas göstəricilər üzrə durğunluq müşahidə olunur. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ÜST-nin illik "Dünya səhiyyə statistikası" hesabatında deyilir. Onun müəllifləri qeyri-infeksion xəstəliklərin (QİX) artan təhdidi və iqlim dəyişməsinin mənfi nəticələri haqqında xəbərdarlıq edirlər.

Hesabatda son illər üzrə (2022-ci ilə qədər) yeni, xüsusən COVID-19 pandemiyasının səhiyyə sahəsindəki vəziyyətə təsirinə, eləcə də ictimai sağlamlıqla əlaqədar olan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında irəliləyişə aid məlumatlar təqdim edilib.

Hesabatda deyilir ki, yekunda pandemiya 337 milyon ömür ilinin itirilməsi ilə nəticələnib. Bütün qüvvələr koronavirusla mübarizəyə atıldıqda, səhiyyə sahəsində bir çox problemlər arxa plana keçdi, onlara lazımi diqqət yetirilmirdi, bu da göstəricilərin durğunluğuna gətirib çıxardı.

2000-ci ildən bəri dünyada ana və uşaq sağlamlığı sahəsində müsbət tendensiyalar müşahidə olunurdu. HİV, vərəm və malyariya kimi yoluxucu xəstəliklərə yoluxma hallarının sayı, eləcə də QİX və travma səbəbindən vaxtından əvvəl ölüm riski azalıb. Ümumilikdə bunun sayəsində dünyada gözlənilən ömür uzunluğu 2000-ci ildəki 67 yaşdan 2019-cu ildə 73 yaşa qədər artıb.

Lakin pandemiya səbəbindən malyariya və vərəmə yoluxma halları üzrə göstəricilərin yaxşılaşdırılması tendensiyası geriyə çevrilib. Belə ki, vərəmə yoluxma hallarının sayının azalmasına gəldikdə, 2015-2021-ci illərdə vərəmin aradan qaldırılması üzrə Strategiya ilə 2025-ci ilə planlaşdırılan həddə gedən yolun yalnız beşdəbir hissəsi qət edilib.

Hesabatda, həmçinin qeyd olunur ki, pandemiya vaxtı daha az insan "unudulmuş" adlandırılan tropik xəstəliklərə görə müalicə olunurdu.

Hesabatın müəllifləri, həmçinin QİX səbəbindən ölüm hallarının dayanmadan artdığını bildirirlər. Bu günə olan məlumata görə, planetdə ölüm hallarının üçdəbiri qeyri-infeksion xəstəliklər səbəbindən baş verir.

"Dünya səhiyyə statistikası ÜST tərəfindən hər il keçirilən dünyada sağlamlıq vəziyyətinin yoxlanılmasıdır. Hesabatda qeyri-infeksion xəstəliklər təhlükəsi haqqında aydın siqnal yer alıb, onlar həyata, səhiyyə sistemlərinə, iqtisadiyyata, gəlir mənbələrinə və cəmiyyətə çox böyük və daim artan ziyan vurur", - deyə ÜST-nin baş katibi Tedros Adhanom Qebreyesus bildirib.

Cari tendensiya dəyişməzsə, proqnozlaşdırılır ki, əsrin ortalarına doğru dünyada ölüm hallarının təxminən 86 faizi QİX-ə təsadüf edəcək, yəni ildə 77 milyon insan bu səbəbdən öləcək, bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə mütləq mənada demək olar ki, 90 faiz çoxdur.

Hesabatda yoluxma və ölüm halları ilə əlaqədar olan bir çox göstəricilərin azalması templərinin ləngiməsi əlamətləri qeyd olunur. Misal üçün, ana ölümü halları üzrə qlobal əmsal Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində müvafiq məsələyə nail olmaq üçün 2021-2030-cu illərdə illik 11,6 faiz azalmalıdır.

ÜST ekspertləri qeyd edirlər ki, siqaret çəkmə, spirtli içkilərin qəbul edilməsi, təmiz içməli suyun olmaması və antisanitar şərait kimi amillərlə bağlı sağlamlıq üçün risklərin azalmasına baxmayaraq, irəliləyiş kifayət qədər olmayıb. Bununla belə, hava çirklənməsi ilə bağlı risklər yüksək olaraq qalır.

Hesabatda həmçinin deyilir ki, piylənmə hallarının sayı artmaqda davam edir. Əhalinin əsas tibbi xidmətlərə əlçatanlığının genişləndirilməsi templəri ləngiyib. 2030-cu ilə qədər ümumi tibbi sığortanın təmin edilməsi imkanı da məhdudlaşdırılıb.

Builki hesabata ilk dəfə olaraq iqlim dəyişməsi və sağlamlığa həsr olunmuş xüsusi bölüm daxildir, artıq o illik hesabatın mütləq hissəsi olacaq. Mütəxəssislər vurğulayırlar ki, bu sahədə vaxtlı-vaxtında, etibarlı və ayrılmış məlumatlar irəliləyişin izlənməsi və səhiyyə sahəsində milli və qlobal siyasətin yaxşılaşdırılması üçün həlledici əhəmiyyət kəsb edir.

Prezident: Bərpaolunan enerji məsələləri Azərbaycanın və Litvanın gündəliyinə daxil edilib like
  • 22 May 20:16  
Siyasət Prezident: Bərpaolunan enerji məsələləri Azərbaycanın və Litvanın gündəliyinə daxil edilib

Bu gün biz cənab Prezident Nauseda ilə əməkdaşlıq üçün potensial sahə

arrow Ətraflı
Rəşad Dağlının azadlığa çıxması ilə bağlı xəbərlərə like
  • 22 May 20:00  
Şou-biznes Rəşad Dağlının azadlığa çıxması ilə bağlı xəbərlərə

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə b

arrow Ətraflı
Maaşa əlavələri necə almaq olar? like
  • 22 May 19:48  
Digərləri Maaşa əlavələri necə almaq olar?

Konstitusiya Məhkəməsi fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaq

arrow Ətraflı
Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib like
  • 22 May 19:37  
Siyasət Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun 28 May

arrow Ətraflı
Ayrılıqları 2 ay çəkdi  FOTO like
  • 22 May 19:36  
Şou-biznes Ayrılıqları 2 ay çəkdi FOTO

Türkiyəli aktyor Ahmet Kural bir müddət əvvəl ayrıldığı vəkil sevgili

arrow Ətraflı
580 itə qayğısını göstərən taksi sürücüsü  VİDEO like
  • 22 May 19:24  
Digərləri 580 itə qayğısını göstərən taksi sürücüsü VİDEO

Küçə itləri bəziləri sevir, bəziləri sevənləri söyür.

arrow Ətraflı
Ləman İbrahimovaya yeni vəzifə verildi like
  • 22 May 19:12  
Digərləri Ləman İbrahimovaya yeni vəzifə verildi

Naxçıvan şəhər Poliklinikasının Baş həkimi Səadət İbrahimova tutduğ

arrow Ətraflı
İlham Əliyevin Litvaya rəsmi səfəri başa çatıb like
  • 22 May 19:11  
Siyasət İlham Əliyevin Litvaya rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasına

arrow Ətraflı
Kuba lideri Prezident İlham Əliyevə təbrik məktubu göndərib like
  • 22 May 19:10  
Siyasət Kuba lideri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes 28 May - Müstəqill

arrow Ətraflı
İsveç Kralı Prezident İlham Əliyevi təbrik edib like
  • 22 May 19:08  
Siyasət İsveç Kralı Prezident İlham Əliyevi təbrik edib

İsveçin Kralı XVI Karl Qustav 28 May - Müstəqillik Günü münasibətilə P

arrow Ətraflı
“Deyirlər ki, 33 yaş qadın üçün cənnət yaşıdır”  FOTOlar like
  • 22 May 19:00  
Şou-biznes “Deyirlər ki, 33 yaş qadın üçün cənnət yaşıdır” FOTOlar

Son.az xəbər verir ki, tanınmış aparıcı Könül Muxtarova moderator.az-ı

arrow Ətraflı
"WhatsApp"dan göndərilən bu mesajlara aldanmayın!  VİDEO like
  • 22 May 18:48  
Digərləri "WhatsApp"dan göndərilən bu mesajlara aldanmayın! VİDEO

Son günlər vatsap tətbiqi vasitəsilə vətəndaşlara yüksək maaşlı iş

arrow Ətraflı
Sinan Oğan kimi dəstəkləyəcəyini açıqladı like
  • 22 May 18:38  
Digərləri Sinan Oğan kimi dəstəkləyəcəyini açıqladı

Türkiyənin "ATA Alyansı"nın prezident namizədi Sinan Oğan ölkə

arrow Ətraflı
Molla rejimini təbliğ edən daha 1 nəfər həbs edildi  Casus şəbəkəsi like
  • 22 May 18:36  
Digərləri Molla rejimini təbliğ edən daha 1 nəfər həbs edildi Casus şəbəkəsi

Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən

arrow Ətraflı