Daha bir sərgidə KOBlar üçün ödənişsiz yerlər ayrılıb FOTO
Digərləri 22 May 2023 17:18:00 233 0
Məhsul və xidmətlərin geniş auditoriyaya tanıdılması, işgüzar əlaqələrin genişləndirilməsi və satış imkanlarının artırılmasına dəstək məqsədilə KOB-lar üçün yerli şirkətlərin tanıtım sərgisində də ödənişsiz yerlər ayrılıb
Bu xəbəri də oxu: Azərbaycanda bu məhsul kəskin bahalaşa bilər
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı 8-10 iyun tarixlərində "Baku Crystal Hall"da "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunacaq.
150-dən çox şirkətin qatılacağı sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılmasına dəstək, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.
Sərgidə KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend də qurulacaq. Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar 27 may 2023-cü il tarixinə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "Yerli şirkətlərin tanıtım sərgisi" qeyd olunmalıdır) KOBİA-ya müraciət edə bilər: https://bit.ly/44G0Wiq
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinc
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxm
Xaçmazın Ləcət kənd tam orta məktəbinin binası yararsız haldadır.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazil�
Prezident İlham Əliyevin səfəri Azərbaycan ilə Litva arasında əməkdaşl
76-cı Kann Beynəlxalq Film Festivalı davam edir.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 22-də Vilnüsdə Azərbaycan
Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrin
Əməkdar artist Nərgiz Cəlilova uzun zaman sonra kameralara tuş gəlib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 22-də Vilnüsdə Azərbaycan
Azərbaycanda adambaşına düşən orta aylıq xərcin miqdarı 16.6 faiz artı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 22-də Vilnüsdə Azərbaycan
Xalq artisti Brilliant Dadaşova qızlara səslənib.
İki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazırıq.