Kəndlilər İlkin Süleymanova görə Baş prokurora müraciət etdilər
Kriminal 22 May 2023 13:52:00 272 0
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı kənd sakinləri Məhkəmə-Hüquq Şurasına müraciət edib.
Bu xəbəri də oxu: Məşhur azərbaycanlı tiktoker həbs olundu
Trend-in əldə etdiyi məlumata görə, kənd sakinləri İlkin Süleymanovun evinin qarşısına toplanıb, məsul şəxsləri işi xüsusi nəzarətə götürməyə çağırıblar.
Dondar Quşçu sakinləri Məhkəmə-Hüquq Şurasına, həmçinin Baş prokuror Kamran Əliyevə, Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edib, cinayəti İlkin Süleymanovun törətməsinə inanmadıqlarını deyiblər.
Onlar müvafiq qurumlardan İlkin Süleymanovun işinin yenidən araşdırılmasını xahiş ediblər.
Qeyd edək ki, cinayət işi üzrə məhkəmədə prokuror İlkin Süleymanova 20 il həbs cəzası istəyib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu həbs olunub.
İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsa
Ölkəmizdə mövcud meşə zolaqları müxtəlif ağac növləri ilə zəngindi
Oğlumdan şikayət ərizəsini geri götürməsini istəməmişəm.
Məşhur türk ifaçı Cem Adrian izləyicisinə yazdığı şərhlə diqqət ç
Yeni tikili yaşayış binalarında kommunal ödəniş adı altında hər ay MTK
Bu gün biz geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlə
Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülhə nail ola biləcək.
Mayın 22-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva v
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ili
"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kino
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 22-də Vilnüsdə Azərbaycan
Jah Khalibin (əsl adı Bəxtiyar Məmmədov - red.) pərəstişkarları reperin