Prezident: Azərbaycan ilə Ermənistan arasında sülh anlaşmasının imzalanması qaçılmazdır
Siyasət 22 May 2023 14:04:00 201 0
Bu gün biz regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi apardıq. Litva Prezidentini Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırdım. Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək.
Bu xəbəri də oxu: Bayden Azərbaycana təşəkkür etdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib.
Bəyanatında Azərbaycan torpaqlarının uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu bir daha xatırladan dövlətimizin başçısı qeyd edib: "Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir".
Tanınmış reper Paster (Pərviz Quluzadə) Bakı küçələrində görüntül�
Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlu
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsa
Ölkəmizdə mövcud meşə zolaqları müxtəlif ağac növləri ilə zəngindi
Oğlumdan şikayət ərizəsini geri götürməsini istəməmişəm.
Məşhur türk ifaçı Cem Adrian izləyicisinə yazdığı şərhlə diqqət ç
Yeni tikili yaşayış binalarında kommunal ödəniş adı altında hər ay MTK
Bu gün biz geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlə
Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülhə nail ola biləcək.
Mayın 22-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva v
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ili