Ermənistan sülh danışıqlarını yenidən pozmaq istəyir Ekspert
Digərləri 18 May 2023 16:08:00 229 0
Bu gün səhər saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələrinin döyüş PUA-ları ilə hücum cəhdi bir daha Ermənistanın sülh danışıqlarını pozmasına yönələn addımdır.
Bu xəbəri də oxu: Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər saxlanılıb
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, Ermənistan tərəfi həm bəyanatlarında, həm də danışıqlarında həddindən aertıq qeyri-səmimidir: "Bu da zaman-zaman özünü göstərir. Əgər Ermənistan bölgədə doğrudan da sülh istəsəydi, həm üçtərəfrli bəyannamənin müddəalarını yerinə yetirərdi, həm danışıqlara sadiqlik nümayiş etdirərdi. Düşünürəm ki. bugünki təxribat sabah Moskvada iki ölkənin xarici işlər nazirləri arasında baş tutacaq görüşdən öncə danışıqlar üçün bir elementdir, mövzudur. Amma Ermənistan bundan sonra da təxribatlarını davam etdirəcək. Düşünmək lazım deyil ki, Ermənistan ağıllanıb. Necə ki ötən il dekabrın 7-də imzalanması gözlənilən sənədi Ermənistan 6 aydır ki gecikdirir, bundan sonra da çalışacaq ki prosesi uzatsın. Məqsəd yalnız Rusiya sülhməramlılarının bölgədə qalma müddətini uzatmaq, o cümlədən hansısa sperkulyativ yollarla müəyyən kompramislərə nail olmaqdır. Onlar bilirlər ki. Azərbaycan heç vaxt imkan verməyəcək ki, sülh müqaviləsinə artıq müddəa salınsın. Ona görə də bu təxribat yaxın vaxtlarda yenə də təkrar olunacaq. Bunlar hamısı iyunun əvvəlində iki ölkə liderlərinin planlaşdırılan görüşünü pozmaq, sülh müqaviləsinin qeyri-mümkünlüyünü reallaşdırmağa cəhddir".
Braziliyalı supermodel, keçmiş "Victoria's Secret"in "məl
ARB TV-dən yayımlanan "Səni axtarıram" verilişində gərgin anlar
Biz dəfələrlə Ermənistanın sülh danışıqları ilə bağlı proseslər �
Lənkəranda zəncirvari yol qəzası olub.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi qlobal ticarət sahəsində məşh
Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə 44 günlük Vət�
"Oğlumu o şöbədən bu şöbəyə atdılar, bezdirdilər, axırda da iş
Tərəfləri sülhə çağıran vasitəçilər normallaşma prosesinə hər vəc
Türkiyə müdafiə sənayesində xaricdən asılılığı azaltmaq üçün &quo
Ermənistan rəhbərliyində olan adamlar narkotik mafiyası ilə bağlıdır v�
Xidmət keyfiyyətinin yüksəkliyinə önəm verən Ziraat Bank Azərbaycan, m�
Ümumiyyətlə, vaksin hazırlanması bir neçə mərhələdən ibarət olur. Bi
Amerikalı musiqiçi Adam Levin həyat yoldaşı model Behati Prinslunun ad gün