Erməni deputat hakimiyyəti narkomafiya ilə əlaqədə
Dünya 18 May 2023 14:12:00 210 0
Ermənistan rəhbərliyində olan adamlar narkotik mafiyası ilə bağlıdır və 1 milyard dollara çatan nəhəng narkotik alveri hakimiyyətin himayəsi olmadan mümkün olmazdı.
Bu xəbəri də oxu: Onlar mənim üçün general sayılmır Zelenski
Son.az APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə "Hayastan" müxalifət blokunun deputatı Andranik Tevanyan açıqlama verib.
O, politoloq Artur Xaçikyanla birlikdə xüsusi xidmət orqanlarından kokain idxalı ilə bağlı rezonans doğuran xəbərə aydınlıq gətirmək üçün Milli Təhlükəsizlik Xidmətinin binasına gəlib.
Deputatın sözlərinə görə, Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsi təxminən 4 tona çatıb ki, bu da təxminən 1 milyard dollar deməkdir. Tevanyan Ermənistanda belə nəhəng məbləğlərin hakimiyyətdən yan keçə bilməyəcəyini əlavə edib.
O, əgər İtaliya mətbuatı bu barədə ilk məlumat verməsəydi, Milli Təhlükəsizlik Xidmətinin narkotik alveri haqqında danışıb-danışmayacağını sual edib.
Bu baxımdan deputat həmçinin, Şəhərsalma Komitəsinin keçmiş rəhbəri Vaaqn Vermişyanın həbsi və ondan sonrakı məhkəmə hökmünün narkotik mövzusu ilə bağlı olduğundan şübhələnir. Belə ki, komitənin sədri olanda Vermişyan bəyan edirdi ki, sement adı altında Ermənistana böyük həcmdə kokain gətirilir.
Tevanyanın sözlərinə görə, bu sözlərdən bir müddət sonra Vermişyan həbs edilib (məmur 2020-ci ilin fevralından həbsdədir - red.). Deputat istisna etmir ki, hazırda Ermənistanda irimiqyaslı tikintilər narkotik biznesi ilə sıx bağlıdır.
Tevanyan dolların niyə bu qədər ucuzlaşması sualının cavabını da bunda görür. Onun fikrincə, ucuz valyuta onu narkotik biznesinə yatırmaq üçün lazımdır.
Xatırladaq ki, mayın 18-də Milli Təhlükəsizlik Xidməti Ekvadordan meyvə idxal edən şirkət tərəfindən respublikaya gətirilən banan partiyasında 1 ton kokainin saxlanması barədə məlumat yayıb. Nəhəng narkotik partiyası İtaliya və Gürcüstandan tranzitlə respublikaya gəlib. Saxlanılan və ələ keçirilən partiyanın ümumi dəyəri təxminən 250 milyon avro təşkil edir.
Son.az
Xidmət keyfiyyətinin yüksəkliyinə önəm verən Ziraat Bank Azərbaycan, m�
Ümumiyyətlə, vaksin hazırlanması bir neçə mərhələdən ibarət olur. Bi
Amerikalı musiqiçi Adam Levin həyat yoldaşı model Behati Prinslunun ad gün
Ötən gün Kann Film Festivalının açılışında dəvətlilər arasında par
Türkiyənin ROKETSAN şirkətinin istehsal etdiyi LEVENT yaxın mənzilli Hava
ABŞ Dövlət Departamenti dünya ölkələrində dini və vicdan azadlıqların
Bir neçə gündür erməni mediası və siyasətçiləri tərəfindən Beynəlx
Türkiyədə 14 may seçkiləri yalnız Türkiyə daxilində hadisə deyildi, ql
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Məşhur amerikalı müğənni Ledi Qaqa Malibuda yerləşən evinin ətarfında
Bakıda və Abşeron yarımadasında gecə saatlarında gözlənilən yağışı
Qələbə qazanacağı yönündə proqnozlara baxmayaraq, Türkiyə müxalifəti