Bakının mərkəzində rəngli əski qalmaqalı
Digərləri 17 May 2023 18:14:00 210 0
Bakıda Britaniya səfirliyinin binası qarşısında 17 may - Homofobiya və Transfobiyaya qarşı mübarizə günü ilə əlaqədar LGBT bayrağı qaldırılıb. Paytaxtın Nizami küçəsi 90A ünvanında yerləşən "Landmark Hotel Baku" qarşısında LGBT-nin bayrağı dalğalanması ictimaiyyətin haqlı narazılığına səbəb olub.
Bu xəbəri də oxu: Ən faydalı meyvə və giləmeyvələr SİYAHI
Məsələ ilə bağlı "Landmark Hotel Baku"dan bildirilib ki, "Bayraq bizim kompleksin qarşısında asılsa da, o ərazi Böyük Britaniya səfirliyinə aiddir". Amma deyəsən səfirlik işçiləri hələ də Azərbaycanda harada nəyi etməli olduqlarını hələ yaxşı öyrənməyiblər.
Bayrağın qaldırıldığı ərazi ictimai iaşə obyektləri ilə əhatə olunub. O da nəzərə alınmalı idi ki, bu əski parçasının qaldırıldığı ərazinin ətrafında uşaq bağçası, məktəblər yerləşir. Əgər səfirlik əməkdaşları üçün bu normaldırsa, o zaman onlar fəaliyyət göstərdikləri diplomatik korpusun daxilində dəhliz boyu, yaxud iş otaqlarının hər birində onu asa bilərlər. Bu onların öz işləridir və buna nə Azərbaycan dövləti, nə də xalqı qarışmaq fikrindədir.
Bütün dünya Azərbaycan cinsi azlıqlarla bağlı məsələdəki mövqeyini də, düşüncələrini də çox yaxşı bilir. Böyük Britaniya əgər bunu təbliğ etmək barədə düşünürsə, mütləq şəkildə nəzərə almalıdır ki, bura Azərbaycandır. Azərbaycanın öz mental, milli-mənəvi dəyərləri var və LGBT-nin təbliği bu xalqın milli, mənəvi, dini, əxlaqı, bir sözlə, bütün dəyərlərinə tamamilə ziddir. Amma belə bir addım tamamilə Azərbaycanın heysiyyatı ilə oynamaq, onun milli-mənəvi dəyərlərinə hörmətsizlikdən başqa bir şey deyil.
Belə addımlar tək dövlətçilik əleyhinə deyil, insanlıq əleyhinə olan prosesdir. Bu arada ən üzücü hal odur ki, bu çirkinliyi təbliğ edənlər göy qurşağının rənglərindən istifadə edirlər. Məqsəd göy qurşağını insanlığa zidd ideologiyalarının bayrağına çevirməklə bizim kimi milli kimliyə malik olan bir çox dövlətlərin milli dəyərlərini onlardan qoparmaqdır. Bununla onları ümumi zombi kütləsinə çevirərək özlərinin diktəsi altında yaşayan cəmiyyət halına gətirmək istəyirlər. Amma nə qədər ki, dinimiz, dəyərlərimiz qorunur, onlar gələcək nəsillərə sağlam şəkildə ötürülür, Azərbaycanda belə çirkinliklərin yayılmasını, ayaq açıb yeriməsini istəyənlərin arzuları ürəklərində qalacaq.
Çünki Azərbaycan cəmiyyətində sağlam düşüncəli mühafizəkar insanlar çoxdur və onlar belə çirkinliklərin cəmiyyətdə özünə yer tapmasına heç vaxt imkan verməyəcək. İnsanların gur hərəkət etdiyi, həyatın qaynadığı bir yerdə bu cür təxribatlar törədənlər birmənalı şəkildə anlamalıdırlar ki, Azərbaycanda belə hərəkətlərin perspektivi yoxdur.
Təhməz Əsədov Son.az
Qaxda 56 yaşlı qadın pomidor turşusundan zəhərlənib.
Bugün FETÖ terror təşkilatı üzvlərinin şikayəti ilə həbs edilən Saba
Almaniyanın Türkiyədəki səfiri Yurqen Şolts Alman polisinin Türkiyənin S
Türkiyənin yerli istehsal TCG Anadolu dron gəmisi İstanbul şəhərində yer
2023-ci ilin yanvar-aprel aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 4
Türkiyədə 14 may tarixində keçirilən prezident və parlament seçkiləri t
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndinin
Bakıda "Berlin pub"da qətl törətməkdə təqsirləndirilərək 15
Türkiyənin ATA İttifaqının prezident namizədi Sinan Oğan 19 may tarixind�
Sözdə azadlıqdan danışan Almaniya Türkiyənin FETÖ terror təşkilatına
28 maya qədər Türkiyəni çətin dövr gözləyir. Bu, tarixi seçkidir. Bura
"İxtisasım müəllimlikdir, opera və vokal müğənnisi. Amma müəlli
Astroloqların proqnozuna görə, bu həftə 3 bürcün həyatı birdən-birə d
"Caspian Agro" və "İnterFood Azerbaijan" sərgiləri çər
Beynəlxalq Muğam Mərkəzində "Opera Class" layihəsinin ilk konser