Heydər Əliyev Fondu təqdim edir: Nəvvaba həsr olunan kitab və sərgi VİDEO FOTO


Kriminal 17 May 2023 13:28:00 159 0

Heydər Əliyev Fondu təqdim edir: Nəvvaba həsr olunan kitab və sərgi  VİDEO  FOTO

Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrindən biri - istedadlı şair, rəssam, musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvabın (1833-1918) bu il anadan olmasının 190 ili tamam olur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu günlərdə Şuşada əsaslı bərpa işlərindən sonra açılan Yuxarı Gövhərağa məscidinin ərazisindəki mədrəsə binasında Heydər Əliyev Fondu tərəfindən təqdim olunan "Mir Möhsün Nəvvab Qarabaği - XIX əsrin ensiklopedik alimi" adlı sərgi, "Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı" adlı nəşr və Nəvvabın Şuşa işğal altında olduğu illərdə ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsinin bərpası Azərbaycan mədəni irsinin və tarixinin yaşadılmasına növbəti töhfə oldu.

Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgi bir vaxtlar onun minarəsinin ornamentlərini işlədiyi Yuxarı Gövhərağa məscidi ərazisindəki mədrəsə binasında təqdim edilir. Sərgidə Nəvvabın Milli Azərbaycan Tarixi Muzeyində qorunan və XVIII-XIX əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi olduğu, illüstrasiya çəkdiyi və Şuşada öz nəşriyyatında çap etdiyi kitablar, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətinin əks olunduğu eksponatlar nümayiş etdirilir. Ekspozisiyada astronomiya elmi ilə maraqlanan Mir Möhsün Nəvvabın bu sahə üzrə çəkdiyi cədvəllər, səma cisimlərinin yerləşməsi və Günəş tutulmaları ilə bağlı sxemləri də təqdim olunur.

Nəvvabın rəssam və musiqi nəzəriyyəçisi kimi fəaliyyəti ilə bağlı ayrı-ayrı kitablar çap olunsa da, onun fəaliyyətini bütövlüklə əks etdirən nəşr mövcud deyildi. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Mədəniyyət Nazirliyinin yaxından iştirakı ilə ilk dəfə olaraq "Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı" adlı kitab nəşr edilib. Kitabda Nəvvabın tərcümeyi-halı, həyat və yaradıcılığı haqqında məlumat verilir, maarifpərvər fəaliyyəti işıqlandırılır. Kitab Mir Möhsün Nəvvab Qarabağinin indiyədək məlum olmayan irsinə - topladığı Azərbaycan silahları kolleksiyasına həsr olunub. Nəşrin hazırlanmasında arxiv və muzey materiallarından istifadə edilib. Azərbaycan və ingilis dillərində nəşr edilən kitabda əksəriyyəti ilk dəfə işıq üzü görən 100-dən çox foto, rəsm, sxem və xəritələr təqdim edilib.

Bakıda səfirlik binasından LGBT bayrağı asıldı  FOTO like
  • 17 May 12:48  
Digərləri Bakıda səfirlik binasından LGBT bayrağı asıldı FOTO

Bakıda Xaqani küçəsi 45 A ünvanında asılan LGBT (Lezbiyan, Gey, Biseksual

arrow Ətraflı
Təmir sexində təkər partladı, usta öldü like
  • 17 May 12:24  
Digərləri Təmir sexində təkər partladı, usta öldü

Gəncədə 41 yaşlı usta bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
Rusiya daha bir strateji bölgə ilə like
  • 17 May 12:22  
Digərləri Rusiya daha bir strateji bölgə ilə

Mayın əvvəlində Avropa Komissiyası Rusiya Federasiyasına qarşı sayca 11-

arrow Ətraflı
Prezident Tokayevə zəng edib like
  • 17 May 12:16  
Siyasət Prezident Tokayevə zəng edib

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxısta

arrow Ətraflı
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir  FOTO like
  • 17 May 12:14  
Digərləri Hərbi vəzifəlilərin təlim toplanışı davam edir FOTO

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan

arrow Ətraflı
Elgiz maraqlı rəqsi ilə diqqət çəkdi  VİDEO like
  • 17 May 12:00  
Şou-biznes Elgiz maraqlı rəqsi ilə diqqət çəkdi VİDEO

Aparıcı Elgiz Əkbərin növbəti videosu sosial şəbəkələrdə maraqla qar

arrow Ətraflı
Paris ermənilərə silah satmaq istəyir: like
  • 17 May 11:58  
Siyasət Paris ermənilərə silah satmaq istəyir:

Fransa Prezidenti Emmanauel Makron Ermənistana siaz-sursat, hərbi texnika, xü

arrow Ətraflı
Ölkəmizdə qadın sahibkarlığının çəkisinin artmasını müşahidə edirik  Orxan Məmmədov like
  • 17 May 11:53  
Digərləri Ölkəmizdə qadın sahibkarlığının çəkisinin artmasını müşahidə edirik Orxan Məmmədov

Hər bir ölkənin dayanıqlı iqtisadi inkişafı qadın sahibkarlığının in

arrow Ətraflı
Unibankda nağdsız əməliyyatların həcmi rekord məbləğə çatıb like
  • 17 May 11:51  
Digərləri Unibankda nağdsız əməliyyatların həcmi rekord məbləğə çatıb

Unibank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək v

arrow Ətraflı
Şuşa Qoruğuna yeni icraçı direktor təyin olundu like
  • 17 May 11:50  
Kriminal Şuşa Qoruğuna yeni icraçı direktor təyin olundu

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasın�

arrow Ətraflı
Nikola Sarkozi həbs edildi like
  • 17 May 11:49  
Dünya Nikola Sarkozi həbs edildi

Fransanın keçmiş prezidenti Nikola Sarkozi saxlanılıb.

arrow Ətraflı
"Fransa hansı demokratiyadan danışır?!"  Xəlil Sisse like
  • 17 May 11:48  
Siyasət "Fransa hansı demokratiyadan danışır?!" Xəlil Sisse

Fransa hansı demokratiyadan danışır?! Onlar bizə məcbur edirlər ki, onlar

arrow Ətraflı
Azərbaycanda daha bir neçə bank bağlanacaq  Açıqlama like
  • 17 May 11:46  
Digərləri Azərbaycanda daha bir neçə bank bağlanacaq Açıqlama

Mərkəzi Bankın 16 may tarixli qərarı ilə daha bir bank - "Günay Bank

arrow Ətraflı