"Teatr, kino günü olur, gözüm telefonda qalır ki, kimsə zəng edib, bizi yada salacaq"
Kriminal 16 May 2023 23:52:00 219 0
"Son günlər respublikamızda bir-birinin ardınca keçirilən festivallar, kino və teatr günləri, musiqi festivalları bu sahəyə olan diqqətin və qayğının təzahürüdür. Bütün bu tədbirlər təbii ki, yeni təyin olunmuş, cənab nazir Adil Kərimlinin bu sahədə etdikləri və edəcəklərindən xəbər verir. Mən çox çalışdım ki, bundan əvvəl ki, Mədəniyyət Naziri məni qəbul edib, dinləsin. "Bu gün qəbul edərəm, sabah qəbul edərəm" deyib, günü-günə satdı. Mən bu diqqəti əvvəlki nazirdən görmədim. Elə oldu ki, alınmadı, özü də getdi. Yeni gələn nazirin işçiləri mətbuata bildirmişdilər ki, rəsmi müraciət olmadığına görə biz Rəhimə xanımı qəbula yaza bilmərik. Sözün düzü, rəsmi müraciət etməmişdim. Artıq rəsmi müraciət etmişəm, inşallah ki, cənab nazir Adil Kərimli ilə görüşəcəyimə inanıram. Ondan çox böyük dəstək gözləyirəm. Yeni təyin olunmasına baxmayaraq çox işlər görüb. Mən də onu dəstəkləyirəm. Ümid edirəm ki, mədəniyyət sahəsində hər şey çox gözəl olacaq".
Bu xəbəri də oxu: Məşhur azərbaycanlı tiktoker həbs olundu
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.
"Problemlərim var ki, görüşə getmək istəyirəm də. Bu şəxsi mətbəxdir, fikrimi deyəcəm, problemimi söyləyəcəm, nazir nə dərəcədə dəstək olarsa həll olunar. Yaşar elə bir insan və aktyor idi ki, mən onunla yaşadığım illərdə nə edim, necə edim deməmişəm. Onun vaxtında çətinlik görməmişəm, hər qapı üzünə açıq olub. Onsuz arxam, dayağım yoxdur. Hamının problemi var, təkcə maddi problem deyil ki. Mənəvi dəstək, maddi dəstəkdən də vacibdir. Hər zaman diqqət mərkəzində olmuşuq. Bu gün diqqətsizlik məni məyus edir. Teatr, kino günü olur, gözüm telefonda qalır ki, kimsə zəng edib, bizi yada salacaq" deyə sənətkarın xanımı bildirib.
Rəhimə Nuriyeva dünyasını dəyişən sənətkarların şəxsi həyatlarına müdaxilənin yolverilməz olduğunu bildirib.
"Nə qədər Siyavuş Aslanın övladının əməllərindən danışmaq olar. O özü də haqq dünyasındadır. Siyavuş sağ olsaydı bu onun özünə də xoş gəlməzdi. Həyatda olmayan sənətkarların arxasınca danışıb, tanınmış adamların ailə mətbəxlərini üzə çıxarmaq olmaz. Əgər o sənətkarın ailəsindən kimsə sağdırsa, zəng edib soruşmaq olar ki, bu həqiqətdir yoxsa yalan? Belə şeylər düzgün deyil. Sənətkarın ruhunu incitmək olmaz. Sabah o danışanların da arxasınca danışacaqlar. Gərək indidən bu şeylərin qarşısı alınsın" deyə Rəhimə Nuriyeva bildirib.
Rəhimə Nuriyeva Yaşar Nurinin qohumları ilə daim sıx əlaqə saxladığını bildirib.
"Bu dəqiqə guya kim, kimin evinə gedib-gəlir ki? Hamının başı qarışıqdır, telefonla əlaqə saxlayırıq. Mən öz qohumlarımdan da çox Yaşarın qohumlarını sevirəm. Bu da məndən asılı deyil. Bu Yaşara olan sevgimin təzahürüdür. Münasibətimiz də çox yaxşıdır. Qohumlar mənim üçün həmişə sevimlidir" deyə sənətkarın xanımı bildirib.
Son.az
Azərbaycanda vətəndaşlar arasında son dövrlər boğaz ağrısı ilə müş
Türkiyənin məşhur "Survivor" yarışmasının iştirakçıları Se
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi H�
"Uşaqlar indi daha az məktəbə gedirlər. Məsələn, mən 10 il hər ş
Cəlilabad rayonunun Cavadxan küçəsində, evlərdən birində meyit aşkar ol
"Qarşısıalınmazlar" ("The Expendables") filminin çəkil
Azərbaycan tərəfinin hesablamalarına görə, ərazimizdə 10 minə qədər e
Mədəniyyət nazirinin müvafiq əmri ilə Azərbaycan Dövlət Akademik Milli
Təzə kartof C vitamini və böyük miqdarda kalium ilə zəngindir. Bu, yaşl�
Sabirabadda avtomobil velisopedçini vurub, 2 nəfər xəsarət alıb.
47 yaşlı Hollivud ulduzu Şarliz Teronun şəxsi həyatı ilə bağlı yeni id
Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşac
Amerikalı aktrisa El Fenninq məşhur filmdə rol almağa necə rədd cavabı v