"Heydər Əliyevin əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir"
Siyasət 16 May 2023 19:59:00 230 0
Keniya Müsəlmanları Ali Şurasının sədri Yusuf Abdulrahman Nzibo Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.
Bu xəbəri də oxu: Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq Hakan Fidan
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Müasir Azərbaycan dövlətinin banisi, mərhum Prezident Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi bu əlamətdar günlərdə Keniya xalqının səmimi salamlarını və təbriklərini qəbul etməyinizi xahiş edirəm.
Prezident Heydər Əliyev müasir Azərbaycan Respublikasının əsasını qoyan dahi uzaqgörən lider idi. Biz Azərbaycanın böyük oğlunun xatirəsini ehtiramla yad etməkdə sizlərə qoşuluruq. Ulu Öndərin strategiyası və xidmətləri sayəsində bütün İslam dünyası onun möhkəm təməl üzərində əsasını qoyduğu müasir Azərbaycan dövlətinə heyranlıqla baxır. Məhz onun xidmətləri sayəsində Azərbaycan xalqı və dövləti öz şöhrətini, sabitliyini bərpa edə bilib. Onun uzaqgörənliyi, müdrik rəhbərliyi sayəsində Azərbaycan bu gün əsas beynəlxalq enerji istehsalçısına və iqtisadi gücə çevrilib.
Bu əlamətdar günlərdə beynəlxalq ictimaiyyətlə əl-ələ verərək, uzaqgörənliyi və yorulmaz fəaliyyəti ilə böyük Azərbaycan xalqının diplomatik, iqtisadi, sosial və mədəni tərəqqisini təmin edən dahi liderin fədakarlığını minnətdarlıqla və ehtiramla xatırlayırıq. Prezident Heydər Əliyevin Azərbaycan dövlətinin sabitliyinin, inkişafının və rifahının təmin olunmasında əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir. İnsan hüquqlarının tam təmin olunduğu, ümumbəşəri demokratik dəyərləri özündə ehtiva edən Azərbaycan Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində, müasir Azərbaycan Ordusunun qurulmasında mərhum Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiririk".
Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç Heyd
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizd�
"Əslində Azərbaycandan gedərkən heç bir zaman işin buralara qədər
Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da ölkəmizdə rəsmi səfər
Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə x�
Bakının Xətai rayonu ərazisində yaşıllıqların qənimi peyda olub.
Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin keçmiş böyük müstən
Quşlar adətən yuvaları üçün ağaclardan və müxtəlif bitkilərdən isti
Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Med
Bir zamanlar müğənnilik fəaliyyəti ilə məşğul olub sənətini yarıda q
Bakıda 42 yaşlı qadın itkin düşüb.
Ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirli bilinərək öm
Xəbər verdiyimiz kimi, aparıcı Murad Əzimzadənin əmisi oğlu Eltin 22 ya