İlkin Süleymanovun məhkəməsi təxirə salındı
Kriminal 15 May 2023 23:12:00 269 0
Mayın 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə düşüb.
Bu xəbəri də oxu: "Xozeyn" ləqəbli tiktoker həbs olundu
Son.az "report"a istinadən bildirir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınaraq mayın 24-nə təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Vatsap sosial platforması istifadəçilər üçün yeni funksiya təqdim edir.
ABŞ hərbi-texniki əməkdaşlıq edən Rusiya və İrana qarşı yaxın günl�
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nüm
Mayın 14-də keçirilən parlament seçkilərində "Türkiyə gözəli&quo
Astroloqlar, nümayəndələrinin tez-tez yüz ildən çox yaşayan bürcləri a
Azərbaycanda yaşayan erməni sakinlərin də hüquq və təhlükəsizliyi ölk
Bütün qonşularla normal münasibətlərin qurulması vacibdir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) 15 may - Beynəlxalq Ailə Günü il
Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiri
Azərbaycanda ölən insanların ayaqlarının baş barmaqlarının bağlandığ