Alimlər mədəaltı vəzi xərçənginə qarşı peyvənd yaradıblar
Digərləri 15 May 2023 05:32:00 307 0
ABŞ-ın Nyu York şəhərindəki "Memorial Sloan Kettering" Xərçəngə qarşı Mübarizə Mərkəzinin və "Sinay dağındakı İkan" Tibb Məktəbinin beynəlxalq alimlər qrupu və Almaniyanın "BioNTech" firmasının dəstəyi ilə mədəaltı vəzi xərçənginin aqressiv forması ilə mübarizə aparmaq üçün fərdiləşdirilmiş mRNT peyvəndi yaradıblar.
Bu xəbəri də oxu: PKK silahı yerə qoya bilər Öcalanın müraciəti gözlənilir
Son.az "Report"a istinadən xəbər verir ki, klinik tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.
Sınaqlar zamanı mütəxəssislər xüsusi hazırlanmış mRNT vaksinlərindən istifadə edərək pankreas yenitörəmələrinə xas olan immun T-hüceyrələrinin aktivləşməsini nümayiş etdirə biliblər. Bu üsul immunoterapiya prinsipinə əsaslanır - şişlərin səthində patogen zülalların tanınması yolu ilə immunitet sistemini xərçəng hüceyrələrinə hücuma vadar edir.
Peyvənd sınaq təcrübələri əvvəlcə cərrahi yolla çıxarılan şişlər, sonra onlardan 16 fərdi peyvənd hazırlayan 16 subyekt üzərində aparılıb.
Sınağın iştirakçılarına həmçinin kimyaterapiya və universal immunoterapiya dərmanı olan atezolizumab təyin edilib. Xəstələrin yarısında əhəmiyyətli T-hüceyrə immun reaksiyası var idi və 18 ay sonra onların heç birində xərçəngin sonrakı inkişafı əlamətləri görünməyib.
Son.az
"İstənilən məntiqi problemi həll etməyə qadir olan süni intellektin
Türkiyənin Manisa şəhərində gənc yaşlarından bərbərliyə başlayan Em
Britaniyanın "Vogue" jurnalı ilk dəfə gözdən əlillər və görm
Astroloqlar may ayının ikinci yarısı üçün Bürcün bütün əlamətləri
ATV kanalında yayımlanan "Bizimləsən" verilişində qalmaqallı an
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"Türk Dünyası" (TurkicWorld) media platforması Türkiyədəki seç
Aktyor Mehmet Aslantuğ boşanma qərarı aldığı 27 illik həyat yoldaşı Ar
Türkiyə Ali Seçki Komissiyasının işində heç bir gecikmə yoxdur
Türkiyə müxalifətinə yaxınlığı ilə bilinən KONDA araşdırma mərkəz
Seçkilərin əmin-amanlıq içində keçməsi Türkiyənin demokratik yetkinliy
Prezident və parlament seçkilərində açıq-aydın öndəyik.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə