Dünyanın ən varlı insanları günə necə başlayır?


Digərləri 10 May 2023 22:41:00 200 0

Dünyanın ən varlı insanları günə necə başlayır?

Günə başlamaq üçün hər kəsin öz rejimi var. Bəzilərimiz əl-üzünü yumağa tələsdiyi halda, bəzilərimiz su içmədən gözümüzü aça bilmirik. Bir qism insanların isə günə necə başlaması hər kəsə müəmmalıdır. Bunlardan da ən önəmlisi varlı təbəqənin insanlarıdır.

Maraqlıdır bəs, dünyanın ən uğurlu adları günə necə başlayırlar?

Son.az lent.az-a istinadən onlardan bəzilərini təqdim edir:

Bill Qeyts

"Microsoft"un qurucusu Bill Qeyts Amazonun baş direktoru onu keçənə qədər dünyanın ən varlı adamı kimi tanınırdı. 67 yaşlı uğurlu iş adamının səhər ilk içkisi təəccüblüdür: "Light Cola". Qeyts bloqunda da qeyd edir ki, o, gündə 3-4 qutu dietik kola içir.

Hovard Şults 

Dünyanın ən uğurlu qəhvə şəbəkələrindən biri olan "Starbucks"ın baş direktoru Hovard Şultsun seçimi o qədər də təəccüblü deyil. Günə 05.30-da başladığını deyən Şults ilk iş olaraq kofe hazırlayır. Şults həmçinin İndoneziya paxlaları ilə qovrulmuş "espresso macchiato" və ya Starbucks filtrli qəhvəsini istehlak edir.

Barak Obama 

ABŞ-ın keçmiş prezidenti Barak Obama səhərlər ancaq su, yaşıl çay və portağal suyu qəbul edir. 61 yaşında sağlam görünüşü ilə seçilən keçmiş ABŞ prezidenti qəhvəni nadir hallarda içir.

İlon Mask 

"Tesla"nın qurucu CEO-su və dünyanın ikinci ən varlı adamı olan İlon Mask sosial şəbəkələrdəki paylaşımları ilə gündəmi dəyişmək bacarığıyla yanaşı, biznesindəki uğurları ilə də tanınır. Bəs, Maskın bu enerjisi haradan gəlir? Cənubi Afrika əsilli 51 yaşlı iş adamı günə səhər yeməyi ilə başlamır. Çünki o, günə yalnız qəhvə içərək başlayır.

Venus Uilyams 

ABŞ-ın əfsanəvi tennisçisi Venus Uilyams günə başlaması ilə "idmançı" adının haqqını verir. Uilyamsın gücünün arxasında onun hər səhər içdiyi "smoothie" dayanır. Uilyamsın səhər "smoothie" tərkibində badam südü, banan, protein tozu və avokado var.

Paytaxtda “Prius” yenə qəzaya SƏBƏB OLDU like
  • 10 May 22:35  
Digərləri Paytaxtda “Prius” yenə qəzaya SƏBƏB OLDU

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib. 

arrow Ətraflı
Çörəklə bağlı əhaliyə YENİ XƏBƏR like
  • 10 May 21:52  
Digərləri Çörəklə bağlı əhaliyə YENİ XƏBƏR

Bu il dünyada 2 milyard 785 milyon ton səviyyəsində proqnozlaşdırılan üm

arrow Ətraflı
Pakistanda kütləvi iğtişaşlar başlayıb like
  • 10 May 21:38  
Dünya Pakistanda kütləvi iğtişaşlar başlayıb

Pakistanda keçmiş baş nazir və müxalifət lideri İmran Xanın həbsindən

arrow Ətraflı
58 yaşlı kişi qətlə yetirilib like
  • 10 May 21:15  
Kriminal 58 yaşlı kişi qətlə yetirilib

Mayın 10-da saat 20:30 radələrində paytaxtın Binəqədi rayonu Biləcəri q

arrow Ətraflı
Mayın ortalarında əsl xoşbəxtlik tapacaq BÜRCLƏR like
  • 10 May 21:07  
Digərləri Mayın ortalarında əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

Astroloqlar may ayının ortalarında əsl xoşbəxtlik tapacaq iki bürcün ad�

arrow Ətraflı
“Özünə bizim üçün də yaxşı bax” like
  • 10 May 21:00  
Şou-biznes “Özünə bizim üçün də yaxşı bax”

Müğənni Günel Zeynalova anası Zöhrə xanımla bağlı paylaşım edib.

arrow Ətraflı