Şuşa 1992ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilib
Siyasət 10 May 2023 10:20:00 211 0
Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir. Şuşa alınmaz qaladır. Bunu hər kəs bilir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır.
Bu xəbəri də oxu: Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
Qarabağ probleminin həllini tapmadığını, hakimiyyətdə olanların ancaq şəxsi mənafeyini düşündüklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün, bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yaşamışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər".
Belə bir şəraitdə Şuşanın işğal olunduğunu vurğulayan dövlətimizin başçısı ondan sonra faciələrimizin daha da artdığını bildirib: "Şuşa işğal olunandan sonra Laçının taleyi də demək olar ki, böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı".
Son.az
Muğanbankın əməkdaşları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xat
Bakıda 15 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu Ön
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Türk Dövlətləri Təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasını
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rusiyanın Sankt-Peterburq şəhərində Ermənistan vətəndaşı olan 40 yaşl
Son zamanlar ölkəmizdə öz sahəsində peşəkar və kifayət qədər tanınm
Rusiya Luqansk vilayətinin zəbt olunmuş ərazisində əhalinin məcburi səf�
ABŞ məhkəməsi yazıçı və jurnalist Cin Kerolla (Jean Carroll) təcavüz c
Xəbər verdiyimiz kimi, bu gün Qırmızı meydanda faşizm üzərində qələb
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov