157 avtobusun hərəkət intervalında gecikmələr var
Digərləri 10 May 2023 08:59:00 221 0
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 49 müntəzəm marşrut xətti üzrə 157 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu xəbəri də oxu: Avtobus və velosiped zolaqları taksi sürücülərinin "gününü qara edib"
Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, gecikmələr əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 18-20 dəqiqə gecikmə müşahidə olunur.
2. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 8-10 dəqiqədir.
3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.
4. Binəqədi şosesi - Şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.
5. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.
6. Tbilisi prospekti - 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
7. Afiyəddin Cəlilov küçəsi - Yusif Səfərov küçələrinin kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə müşahidə olunur.
8. Xocalı pr - Yusif Səfərov küçəsi Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqəyə gecikmə müşahidə olunur.
9. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125 və 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur
10. Babək prospekti - şəhər istiqamətində. Bu səbəbdən də həmin ərazidən keçən 30, 49 müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
11. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası 12-14 dəqiqə gecikmə müşahidə olunur.
12. Yavər Əliyev küçəsindən keçən 24, 35, 40, 49, 76, 78, 208, 209 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.
Türk Dövlətləri Təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasını
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rusiyanın Sankt-Peterburq şəhərində Ermənistan vətəndaşı olan 40 yaşl
Son zamanlar ölkəmizdə öz sahəsində peşəkar və kifayət qədər tanınm
Rusiya Luqansk vilayətinin zəbt olunmuş ərazisində əhalinin məcburi səf�
ABŞ məhkəməsi yazıçı və jurnalist Cin Kerolla (Jean Carroll) təcavüz c
Xəbər verdiyimiz kimi, bu gün Qırmızı meydanda faşizm üzərində qələb
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov
"Liverpool Arena"da 67-ci "Avroviziya" beynəlxalq mahnı m�
Müasir süni intellektin möcüzələri haqqında eşitdiyimiz hər şeyə baxm
Rusiyada nənəsigilə qonaq gələn azyaşlıya qarşı seksual hərəkətlər