Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100cü ildönümüdür


Siyasət 10 May 2023 00:01:00 222 0

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100cü ildönümüdür

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Son.az Trend-ə istinadən bildirir ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.

Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.

Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Artıq Azərbaycanın müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin ərazi bütövlüyü şəraitində anılır. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.

Çavuşoğlunun tələbinə İrəvandan cavab like
  • 09 May 23:59  
Dünya Çavuşoğlunun tələbinə İrəvandan cavab

İrəvan hakimiyyəti "Nemezis" abidəsini sökmək niyyətində deyil

arrow Ətraflı
Elton anasından danışıb kövrəldi: "Yaxşı övlad olmamışam" like
  • 09 May 23:52  
Şou-biznes Elton anasından danışıb kövrəldi: "Yaxşı övlad olmamışam"

Əməkdar artist Elton Hüseynəliyev "Həmin Zaur" verilişində qona

arrow Ətraflı
Məhkəmə İmran Xanın həbsini qanuni hesab edib like
  • 09 May 23:45  
Dünya Məhkəmə İmran Xanın həbsini qanuni hesab edib

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və Ədalət Hərə

arrow Ətraflı
Rusiya ordusu Kupyanska raket zərbələri endirib, yaralılar var like
  • 09 May 23:37  
Dünya Rusiya ordusu Kupyanska raket zərbələri endirib, yaralılar var

Rusiya ordusu mayın 9-da axşam saatlarında Kupyanska raket zərbələri endir

arrow Ətraflı
Yük maşını piyadanı vuraraq öldürüb like
  • 09 May 23:30  
Digərləri Yük maşını piyadanı vuraraq öldürüb

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş ve

arrow Ətraflı
Vatsapa etibar etmək olmaz  Mask like
  • 09 May 23:22  
Digərləri Vatsapa etibar etmək olmaz Mask

Vatsap messencerinə etibar etmək olmaz.

arrow Ətraflı
“Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb like
  • 09 May 23:12  
Şou-biznes “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb

"Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

arrow Ətraflı
İranda elektrik stansiyası PUA ilə vuruldu like
  • 09 May 23:00  
Dünya İranda elektrik stansiyası PUA ilə vuruldu

İranın İsfahan əyalətində naməlum PUA elektrik stansiyasına hücum edib.

arrow Ətraflı
Üzgərmə əməliyyatından sonra Lalə Məmmədova  VİDEO like
  • 09 May 22:52  
Şou-biznes Üzgərmə əməliyyatından sonra Lalə Məmmədova VİDEO

Əməkdar artist Lalə Məmmədova üzgərmə əməliyyatından sonra növbəti

arrow Ətraflı
Zelenski əkshücum planını təsdiqləməyib  Danilov like
  • 09 May 22:44  
Dünya Zelenski əkshücum planını təsdiqləməyib Danilov

Ukrayna ordusunun əks-hücumunun yekun planları, o cümlədən qoşunların ir

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 09 May 22:30  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 25 yeni yoluxma faktı qeyd

arrow Ətraflı
Bütün üzvlər Ukraynanı dəstəkləyir  Stoltenberq like
  • 09 May 22:22  
Dünya Bütün üzvlər Ukraynanı dəstəkləyir Stoltenberq

NATO-nun bütün üzvləri Ukraynanın Alyansa qatılmasını dəstəkləyir.

arrow Ətraflı