6 barmaqlı məktəbli VİDEO FOTO
Digərləri 09 May 2023 17:12:00 215 0
Bu xəbəri də oxu: Uşaqpulu buna görə verilmir
Dünyanın bir çox ölkəsində əllərində və ayaqlarında anadangəlmə 5 yox, 6 barmaqla doğulan uşaqlar olur. Onların çoxu sonradan artıq barmağı əməliyyat etdirir, bəziləri isə həyatlarına 6 barmaq ilə davam edir. Əbəs yerə bu mövzudan söhbət açmadıq. Yazımızın qəhrəmanı da 6 barmaqlıdır.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Göyçay rayon İnçə kənd sakini, 8 yaşlı Abdul Xəlilovu hər kəsdən fərqləndirən onun barmaqlarının sayıdır. Abdulun əl və ayağında hamı kimi 20 yox, 24 barmağı var. Amma bu, azyaşlının hərəkətlərində ciddi çətinlik yaratmır: "Mənim barmaqlarımı sadəcə əlcək və ayaqqabı narahat edir. Buna baxmayaraq, dərslərimi yaza, idman edə, rahat gəzə bilirəm. Bir sözlə, barmaqlarım xoşuma gəlir, bu qədər barmaq heç kimdə yoxdur".
Ailənin son beşiyi olan Abdul Xəlilovun nə bacısında, nə də ailəsinin digər üzvlərində belə hal yaşanmayıb. Nənəsi Gülcahan Xəlilova deyir ki, nəvəsinin 6 barmaqlı olmasından onun dünyaya gəlməsindən bir neçə gün sonra xəbər tutublar. "Evə gəldikdən sonra dedilər ki, uşağın 6 barmağı var. Hamımız şoka düşdük. Getdik və yoxladıq. Həqiqətən gördük ki, doğrudan da elədir. Sonra dedilər ki, uşağı aparıb yoxladın, bəlkə başqa artıq orqanları da var. 40 gündən sonra babası aparıb Bakı şəhərində yoxlatdırdı. Orada bildirdilər ki, hər şey qaydasındadır", - deyə nənə bildirib.
Abdulun babası Məzahir Xəlilov nəvəsi böyüdükcə hərəkətlərində çətinlik yarada biləcəyindən ehtiyatlanaraq, onun barmaqlarını amputasiya etdirmək üçün həkimlə məsləhətləşib. Lakin cərrah bundan imtina edib. "Amputasiya etmək istədiyimizi dedim. Həkim razı olmadı. Dedi ki, "qolumu kəssələr də, bu işi görə bilmərəm, bu barmaqları kəsmək olmaz, ehtiyac yoxdur. Barmaqlar normaldır, işləyir". Elə oldu qaldı. Düzü, mən özüm də barmaqları kəsdirməyə razı deyildim. Həkim problem olmadığını deyəndən sonra rahat oldum", - Məzahir baba əlavə edib.
Əl və ayaqlarında olan əlavə barmaqlar Abdulu dərslərindən, idmanla məşğul olmağından, bir sözlə, öz yaşıdlarından heç də geridə qoymur. Digər barmaqlarla yanaşı, adsız barmaqlar da rahat şəkildə yumulub açılır, o birilərindən heç də fərqlənmir. Hazırda ikinci sinifdə oxuyan Abdul yaşına görə şən, hazırcavab olmaqla yanaşı, bacarığı ilə də qohumlarının, məktəb yoldaşlarının sevimlisinə çevrilib.
Tibbi statistikaya görə, hər 1000 yenidoğulanın birində əlavə barmaq ola bilər. Elmdə bu polidaktiliya adlanır və genetik sindiromdur. Yəni, qohum olmayan evlilikdən doğulan uşaqlarda da rast gəlinə bilər. Bu anomaliya ilə doğulan körpələr bəzən tez əməliyyat olunduğu üçün, onların sayı dünyada o qədər də çox deyil.
"Ana və atamın qorxusundan hər dəfə deyirdim ki, ailə quracağam. Amm
"Space TV"də yayımlanan "Banu" verilişinin heyətində d�
Təmsilçilərimiz Tural və Turan Bağmanovların firuzəyi xalıda müzakirə
Türkiyənin Artvin vilayətinin Murgul rayonunda öküz döyüşləri olub.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
Müxtəlif bürclər arasında münasibətlər və evlilik üçün uyğunluq b
"Koronavirusla bağlı pandemiya dövrü bitib, lakin xəstəlik hələ dav
"Sülhün Kökləri" təşkilatının təsisçisi xanım Heidi Kühnü
Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti hakim Ədalət və
21 il əvvəl erməni işğalına uğrayan, 2020-ci ildə mənfur düşmənin ta
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri
Bazarda köhnə avtomobillərin, yəni yaşı 10 ildən çox olanların ehtiyat
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
Mayın 9-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Mo