2000ci illərin əfsanəvi trendi geri döndü FOTO
Digərləri 08 May 2023 23:12:00 259 0
Bu xəbəri də oxu: Benzinlə işləyən ən etibarlı avtomobil markaları SİYAHI
Əsrin başlanğıcında trend olan aşağı belli şalvarlar, kəpənək toplar və mavi göz kölgələri bu il gözlənilmədən yenidən dəbə geri döndü. Bütün bunlar həm o trendləri sınaqdan keçirən nəsildə nostalji yaşatdı, həm də 2000-ci illərdə dünyaya göz açan Z nəslinin böyük sevgisini qazandı. Əgər o dövrün estetikasını unutmamısınızsa, paraşüt şalvar tendensiyası sizi də mütləq cəlb edəcək.
Son.az xəbər verir ki, genişliyinə görə paraşüt adlanan şalvarlar bu il yenidən populyarlıq zirvəsindədir.
Dünya şöhrətli modellər - Bella Hadid və Heyli Biber xüsusilə paraşütə bənzəyən xışıltılı parçadan hazırlanmış boş şalvarları çox sevdi. İnternetdə məşhurların onlarla paraşüt şalvarlarlı obrazlarına rast gəlmək olar. Üstəlik podium gözəlləri bu modeli müxtəlif üsullarla tərtib edirlər. Ən yaxşı və asanı paraşütlərin toplarla birləşməsidir. Bu kombin vizual olaraq beli daraldır və boyu uzadır. Şəhərdə qarnı açıq gəzmək istəmirsinizsə, topun üstünə böyük ölçülü düyməli köynək, soyuq havada isə pencək və ya vetrovka geyinə bilərsiniz. Hər ikisi şalvarlarla fərqli və gözəl uyğunluq təşkil edəcək.
Ümumiyyətlə, paraşüt şalvarları demək olar ki, hər şeylə birləşdirilə bilər. Bütün gün özünüzü ev geyimindəki kimi rahat hiss edə biləcəyiniz sadə geyim axtarırsınızsa, paraşüt şalvarınızı sıradan bir köynək və sevdiyiniz idman ayaqqabınızla birləşdirmək kifayətdir. Sərin yaz və yay axşamlarında üzərinizə kapüşon atın. Eksperimentlərdən qorxmayan modapərəstlərə stilistlər "paraşütləri" dekolteli və yarıqlı bodilərlə və hündürdaban sandallarla geyinməyi məsləhət görür. Gözəl, təsiredici, cəsarətli və ən əsası 2000-ci illər ruhundadır. (publika)
Berlində mayın 8-i və 9-da Rusiya bayraqlarının və simvollarının nümayi
Müğənni Əli Mirəliyev və şair Anar Vəziroğlunun arasında canlı efird�
Son.az bildirir ki, tərzi, mahnıları və enerjisi ilə Azərbaycan şou-bizne
ABŞ-dakı Gladstone Məlumat və Biotexnologiya İnstitutunun direktoru, hesabl
Rusiya əhəmiyyətli itkilərə baxmayaraq, işğalçılıq müharibəsini dava
Dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan ümummilli
Astroloqlar pulla ayrılmaq çox çətin olan üç bürcün adını çəkiblər.
Əməkdar artist Mehriban Xanlarova növbəti dəfə bacısının səhhəti ilə
"Mayın 7-də Dubay hava dispetçerləri hələ dəqiqləşdirilməmiş sə
Çexiyaya səfərə gedən Ermənistan Baş naziri Nikol Paşinyanı həyat yold
4 illik sevgilisi Mustafa Aksakallı ilə evlənən aktrisa Ezgi Mola toyundan i