Penitensiar müəssisələrdə və probasiya qurumlarında əfv sərəncamının icrası dərhal təmin edilib


Digərləri 08 May 2023 22:20:00 172 0

Penitensiar müəssisələrdə və probasiya qurumlarında əfv sərəncamının icrası dərhal təmin edilib

Dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ötən dövrdə qəbul olunmuş humanist aktlarla, həmçinin respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan edilmiş amnistiya qərarları ilə minlərlə məhkum müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən Son.az-a bildirilib ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti tərəfindən 08.05.2023-cü il tarixdə Əfv Sərəncamı imzalanıb.

Dövlət başçısının humanist aktının elə həmin gün Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisin deputatlarının, Ombudsmanın, vətəndaş cəmiyyətinin və medianın iştirakı ilə penitensiar müəssisələrdə, habelə alternativ cəzaların icrasını təmin edən probasiya qurumlarında dərhal icrası təmin edilib.

Ümumilikdə 801 məhkumu əhatə edən Sərəncamla 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib, 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Həmçinin, Probasiya xidmətinin nəzarətində olan azadlıqdan məhrumetməyə alternativ cəzalara məhkum edilmiş 118 nəfər əfv olunub. Onlardan 88 nəfəri cərimə, 18 nəfər azadlığın məhdudlaşdırılması, digərləri isə islah, şərti məhkumetmə və digər cəzalardan azad ediliblər.

Əfv Sərəncamının icrası ilə bağlı keçirilən mərasimlərdə çıxış edənlər "Heydər Əliyev İli"ndə Ulu Öndərin yubileyi münasibətilə qəbul olunmuş Əfv Sərəncamının mahiyyətini və əhəmiyyətini diqqətə çatdırıb, əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, azad cəmiyyətə qovuşaraq Azərbaycanın layiqli vətəndaşları olacaqlarına əminliklərini ifadə ediblər.

Xəsislikdə tayıbərabəri olmayan BÜRCLƏR: İtirdikləri hər qəpiyə görə... like
  • 08 May 22:15  
Digərləri Xəsislikdə tayıbərabəri olmayan BÜRCLƏR: İtirdikləri hər qəpiyə görə...

Astroloqlar pulla ayrılmaq çox çətin olan üç bürcün adını çəkiblər.

arrow Ətraflı
Mehriban Xanlarovanın bacısı like
  • 08 May 22:10  
Şou-biznes Mehriban Xanlarovanın bacısı

Əməkdar artist Mehriban Xanlarova növbəti dəfə bacısının səhhəti ilə

arrow Ətraflı
Ermənistan təyyarəsi bu dəfə Dubaya buraxılmadı like
  • 08 May 21:59  
Dünya Ermənistan təyyarəsi bu dəfə Dubaya buraxılmadı

"Mayın 7-də Dubay hava dispetçerləri hələ dəqiqləşdirilməmiş sə

arrow Ətraflı
Paşinyanın xanımının Çexiya sərgüzəşti  Cins şalvarda fəxri qarovulun önündə... like
  • 08 May 21:54  
Dünya Paşinyanın xanımının Çexiya sərgüzəşti Cins şalvarda fəxri qarovulun önündə...

Çexiyaya səfərə gedən Ermənistan Baş naziri Nikol Paşinyanı həyat yold

arrow Ətraflı
Toydan ilk fotolar! like
  • 08 May 21:43  
Digərləri Toydan ilk fotolar!

4 illik sevgilisi Mustafa Aksakallı ilə evlənən aktrisa Ezgi Mola toyundan i

arrow Ətraflı
"Brent" bahalaşıb like
  • 08 May 21:27  
Digərləri "Brent" bahalaşıb

"Brent" markalı neftin qiyməti artıb.

arrow Ətraflı
Planetimizin üzərindəki “saatlı bomba”... like
  • 08 May 21:17  
Dünya Planetimizin üzərindəki “saatlı bomba”...

Alimlərin apardıqları yeni tədqiqatlar Yerin orbitində NASA-nın, habelə R

arrow Ətraflı
Paşinyan Rusiyadadır like
  • 08 May 21:11  
Dünya Paşinyan Rusiyadadır

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin d�

arrow Ətraflı
Şakira ilə Tom Kruzun FOTOları şayiələrə səbəb oldu like
  • 08 May 20:48  
Şou-biznes Şakira ilə Tom Kruzun FOTOları şayiələrə səbəb oldu

Məşhur müğənni Şakira ilə Hollivud ulduzu Tom Kruzun bir arada çəkilə

arrow Ətraflı