Dədəlidə 1050, Pirəhmədlidə isə 565 ev tikiləcək Eldar Seyidov
Digərləri 07 May 2023 16:50:00 206 0
Dədəli kəndində 1050 ədəd, Pirəhmədli kəndində isə 565 ədəd fərdi yaşayış evləri tikiləcək.
Bu xəbəri də oxu: İran 120 minlik ordu ilə kimə meydan oxuyur?
Bunu bazar günü Trend-ə Qarabağ Xüsusi Nümayəndəliyin Baş məsləhətçisi Eldar Seyidov deyib.
"Ölkə başçımız Füzuli rayonuna səfəri zamanı Dədəli və Pirəhmədli kəndlərinin təməlini qoymuşdur. Kəndlərin ərazisi müvafiq olaraq 314 hektar və 178 hektar təşkil edəcəkdir. Ümumlikdə Dədəli kəndində 1050 ədəd, Pirəhmədli kəndində isə 565 ədəd fərdi yaşayış evləri tikiləcəkdir. Qeyd etmək istərdim ki, hər bir evin həyətyanı sahəsi 1200 kv. m olacaqdır. 1-ci mərhələ üzrə iki kənddə birlikdə 607 ədəd ev inşa olunacaqdır. Kəndlərdə sosial infrastruktur layihələri - məktəb, bağça, idman klubu, tibb mərkəzi, bazar, məscid, ticarət obyektləri də inşa olunacaqdır.Kəndlərdə tarixi ənənələri qorumaqla müasir üsluba malik olan istilik tutumlu evlər layihələndirilib. Bu yaşayış məntəqələrində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kəndlərdə tikinti işlərinin 2025-ci il ərzində başa çatdırılması planlaşdırılır", - deyə o bildirib.
E.Seyidovun sözlərinə görə, şəhərdaxili yolların ümumi uzunluğu - 87.34 km təşkil edir.
"İlkin mərhələdə 18.47 km uzunluğunda yolun inşası nəzərdə tutulub. Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, yaşıllıq zolaqları, velosiped yolları, ictimai nəqliyyatı təmin etmək üçün xüsusi hərəkət zolaqları mövcud olacaq. Prospektlər 4 zolaqlı, küçə və yollar isə 2 zolaqlı olacaqdır. Layihə Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, həmçinin, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur. 1-ci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Bu anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək.Qalan 20 faizinə xidmət göstərən su anbarı 2-ci mərhələdə inşa ediləcək. Bu su anbarın tikintisi ilə şəhərə köçəcək sakinlərimizin daimi su təhcizatı təmin olunmuş olacaqdır. Bildiyiniz kimi, Füzuli şəhərində Özbəkistan Prezidenti Şovkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olunan 960 şagirdlik məktəb inşa olunur və layihəyə əsasən tikinti işlərinin bitməsi bu ilin sonuna gözlənilir. Məktəbdə 40 sinif otagı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır.Füzuli şəhərinə qayıdan ilk şagirdlər məhz bu məktbədə təhsil alacaqlar. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq", - deyə o bildirib.
Afrikalı uşaqlar arasındakı anormal bədən kütləsi indeksi onların ailə
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yolux
Fransanın Lyon şəhərindəki müasir incəsənət muzeyi yeni qayda tətbiq e
"Microsoft" öz prosessorlarını yaratmağı planlaşdırıb.
Azərbaycan Türkiyəyə təbii qaz ixracını 2023-cü ilin fevralında 202c-ci
Slovakiyanın Baş naziri Eduard Heger ölkə Prezidenti Zuzana Çaputovadan onu
Füzuli yaşayış kompleksində yerləşən bütün mənzillər tam təmirli ol
"Yalı Çapkını" serialında "Asuman" obrazını canlandı
Pul tam xoşbəxtlik verməsə belə, xoşbəxtliyə çatmağımızı asanlaşd�
"Ben bu cihana sığmazam" serialında 3 ayrılıq yaşanacaq.
İlk dəfə olaraq körpənin gələcəkdə şizofreniya xəstəliyinə meyilli
Tuğ kəndinin çox gözəl turizm potensialı var.
Türkiyədə fəaliyyət göstərən aktrisa Nəsrin Cavadzadə formada qalması
2016-cı il təvəllüdlü Fərid Bakarovun Mehman Xəlilovun keçirdiyi sambo m
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda xüsusi əməliyyat keç