Rusiyanın bəzi bölgələrində 9 May paradları niyə ləğv edilib?
Dünya 06 May 2023 23:39:00 228 0
Rusiyada bir sıra regionlarda 9 May Qələbə günü ilə bağlı tədbirlərin ləğv edilməsi son dron hücumları fonunda rəhbərlik nümayəndələri arasında artan təhlükə qorxusundan xəbər verə bilər.
Bu xəbəri də oxu: İlan 54 yaşlı qadını uddu VİDEO
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmasının icmalında bildirilib.
Britaniya kəşfiyyatının məlumatına görə, artıq Rusiyanın 6 rayonu və 21 şəhəri, həmçinin müvəqqəti işğal olunmuş Krımın işğalçı hakimiyyət orqanları artıq mayın 9-da keçiriləcək paradları ləğv ediblər. Bundan əlavə, Kreml həmin gün təntənəli qəbul mərasimi keçirməyəcək, Moskvada isə daha kiçik miqyasda keçiriləcək.
"Qələbə paradına günlər qalmış Kremlə pilotsuz təyyarələrin hücumu Rusiyanın bu cür hücumlara qarşı həssaslığının artdığını göstərir. Bu, demək olar ki, Qələbə günü hadisələri ilə bağlı Rusiya rəhbərliyində təhlükə hissini artırıb", - deyə icmalda qeyd edilib.
Britaniya kəşfiyyatı əlavə edib ki, 9 May tədbirlərinin ləğvinə səbəb, həmçinin Ukraynadakı müharibə ilə bağlı mümkün etirazlar və narazılıqlar da ola bilər.
Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Pervomayski kəndində meşə y
Klinik ölüm vəziyyətində xəstələr "tunellər" və ruhlarının
Alimlər həşəratların niyə işığa tərəf uçduğunun səbəbini açıqla
Müğənni Səmra Rəhimli sosial şəbəkə hesabında paylaşımı ilə diqqə
Türkiyənin Hatay vilayətində ağır avtomobili qəzası baş verib.
Psixoloq Lyudmila Petranovskaya boşanmanın uşaqlara necə təsir etdiyini aç
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 29 yeni yoluxma faktı qeyd
Yazar Zaxar Prilepinə qarşı sui-qəsd cəhdinin məsuliyyəti təkcə Ukrayna
"Vaşinqtonun "ən yüksək" himayəsi altında Ermənistan və A
Düşmən bütün Ukraynanı ələ keçirmək kimi strateji məqsədlərini dəy