Beynin sirləri: İnsan ölümdən əvvəl ruhunun uçduğunu necə görür?
Digərləri 06 May 2023 23:30:00 225 0
Klinik ölüm vəziyyətində xəstələr "tunellər" və ruhlarının "bədəndən kənarda uçduğunu" görürürlər. Bu görüntülər beynin şüurla oxşar olan xüsusi bir vəziyyətə keçməsi ilə izah olunur.
Bu xəbəri də oxu: "Putin həmin qəza ilə bağlı üzr istəyib"
Son.az xəbər verir ki, bu barədə Miçiqan Dövlət Universitetinin (MSU) mətbuat xidməti Cimo Borjiqinin rəhbərlik etdiyi amerikalı neyrofizioloqlara istinadən məlumat yayıb.
Alimlər infarkt səbəbiylə komaya düşən dörd xəstənin beyin fəaliyyətini izləyiblər. Həkimlər onların həyatını xilas edə bilməyiblər və yaxınları onları süni nəfəs aparatından ayırmağa razılaşıblar. Həkimlər ümidsiz xəstələrin başlarına elektroensefaloqrafiya sistemi qoşub və ölümdən əvvəl beyin fəaliyyətinin necə dəyişdiyini də izləyiblər.
"Müşahidələr göstərdi ki, xəstələrin ölümü onların beynində qamma aktivliyinin kəskin partlaması ilə müşayiət olunub və bu aktivlik beynin temporal, parietal və oksipital bölgələrinin şüurla birbaşa əlaqəli bölgələrində cəmləşib", - eksperimentin nəticələrində qeyd olunub.
Əvvəllər hesab olunurdu ki, belə anlarda beyində qlükoza və oksigen çatışmır, nəticədə onun fəaliyyəti azalmağa başlayır, xaotik impulslar yaranır və halüsinasiyalar yaranır. Ancaq indi alimlər bunun əksinin doğru olduğunu sübuta yetirib və bildiriblər ki, beyin şüurlu vəziyyətə bənzər heyrətamiz fəaliyyət göstərir. Alimlər izah ediblər ki, klinik ölüm anında eyni hadisələr beyin fəaliyyətində də baş verir. (publika)
Alimlər həşəratların niyə işığa tərəf uçduğunun səbəbini açıqla
Müğənni Səmra Rəhimli sosial şəbəkə hesabında paylaşımı ilə diqqə
Türkiyənin Hatay vilayətində ağır avtomobili qəzası baş verib.
Psixoloq Lyudmila Petranovskaya boşanmanın uşaqlara necə təsir etdiyini aç
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 29 yeni yoluxma faktı qeyd
Yazar Zaxar Prilepinə qarşı sui-qəsd cəhdinin məsuliyyəti təkcə Ukrayna
"Vaşinqtonun "ən yüksək" himayəsi altında Ermənistan və A
Düşmən bütün Ukraynanı ələ keçirmək kimi strateji məqsədlərini dəy