İrəvanla hansı “kompromis” ola bilər ki?!
Digərləri 04 May 2023 13:47:00 384 0
Ermənistan mətbuatında Vaşinqtonda gedən danışıqlar haqqında verilən xəbərlər qismən həqiqəti əks etdirir. Çünki Azərbaycan öz ərazi bütövlüyünə zidd olan heç bir sənədə imza atmayacaq. Lakin belə xəbərlərin verilməsindəki əsas məqsəd əhalini qızışdırmaq və Paşinyan hakimiyyətinə qarşı qaldırmaqdır.
Bu xəbəri də oxu: Təcili yardım maşını piyadanı vuraraq öldürdü
Son.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Ermənistan mətbuatında Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında davam edən görüşlər barədə verilən məlumatlar haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi ölkəmizin öz qələbəsi ilə yeni geosiyasi reallıq yaratdığını, güzəştin olmayacağını qeyd edib:
"Hraparak" kimi mətbuat orqanları rusmeyilli olduğu üçün belə xəbərləri daha çox cəmiyyəti qıcıqlandıracaq şəkildə yayır. Ermənistandakı Qarabağ klanı yenidən hakimiyyətə gəlmək istəyir və bunların söykəndiyi baza isə separatçılar, ordu içərisindəki müəyyən adamlar, bir də Rusiyadır. Bəhs etdiyimiz media Vaşinqtondakı danışıqlarla bağlı Qarabağdakı ermənilərin gələcəyinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxıldığını qabartmaqla Paşinyanı hədəfə qoyur. Məqsəd informasiya vermək yox, Ermənistanda iqtidarın "xəyanəti" haqqında cəmiyyəti aldatmaqdır. Paşinyan isə əks-həmlə olaraq onu ittiham edənlərin bundan öncə Madrid prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirib. Bu, Kazan görüşlərində və Lavrov planında da dəyişməyib. Müxalifət əvvəllər irəli sürülən Qarabağdakı ermənilərə özünü idarəetmə hüququnun verilməsi məsələsini yenidən gündəmə gətirə bilər. Lakin bütün bunlar üçün artıq çox gecdir, çünki Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə yeni geosiyasi reallıq yaradıb. Milli-mədəni hüquqları Azərbaycan Konstitusiyası çərçivəsində qorumağı isə dövlətimiz çoxdan üzərinə götürüb. Əgər müharibə olmadan sözügedən prinsiplər əsasında sülh imzalansa idi, hansısa kompromislərdən söhbət gedə bilərdi. İndi isə Ermənistanın təsəvvür etdiyi "kompromis" olmayacaq!"
2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil sənayesi məhsulla
Tikintiyə icazələrin verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektur
Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Müğənni Niyam Salami işlə təmin etdiyi, mərhum Xalq artisti Rafiq Hüseyn
Ukraynanın qələbəsinə və bundan sonra bütün dünyanın dəyişəcəyinə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan r
Onlayn alış-veriş edənlərin sayı çoxaldığından satış platformalarda
ABŞ Azərbaycanın sülh danışıqlarındakı iştirakından məmnundur. Bunu
Son.az xəbər verir ki, əməkdar artist Könül Kərimova moderator.az-ın sua
Son 20 il ərzində uşaqlar arasında ən çox artan xəstəlik bronxial astmad
"Məşqçilərin lisenziyalaşdırılması ilə bağlı federasiyalarla dai
"Plastik əməliyyatları həqiqətən də çox abartılı etdirirlər. Bü
Elan saytlarında Bakı ətrafı qəsəbə və kəndlərdə 10-15 min manata tə
Qətərdə keçirilən Dünya çempionatından tanınan İvana Knoll növbəti m